Azərbaycanda 3-cü dəfə keçiriləcək Formula 1 yarışlarının keçiriləcəyi Bakı Şəhər Halqasında azarkeş coşqusu yaşanıb.
Mujde.az xəbər verir ki, yarışlara 3 günlük bilet alan azarkeşlər pit yolunu gəzmək imkanı əldə ediblər. Müxtəlif ölkələrdən olan yüzlərlə azarkeş saatda 350-400 km/saat sürətlə hərəkət edəcək bolidlərin hərəkət yoluna çıxaraq zövqlü anlar yaşayıb. Azarkeşlər pit-yoluna daxil olaraq komandaların yarışa hazırlığını izləyib, paddokdakı şəraitlə maraqlanıblar.
Qeyd edək ki, aprelin 27-29-da Bakıda Formula 1 yarışları üzrə Azərbaycan Qran Prisi keçiriləcək.