Rusiya yeni hərbi dronunu nümayiş etdirdi – VİDEO

Moskvanın Qırmızı meydanında keçirilən Qələbə günü paradına hazırlıqlar zamanı ilk dəfə olaraq təyyarə və helikopterə aid “Korsar” zərbəçi pilotsuz uçan aparatları (PUA) təqdim olunub.

Mujde.az xəbər verir ki, adı çəkilən PUA kəşfiyyat, yüklərinin daşınması, hava zərbələrinin endirilməsi və radio-elektron savaşlar üçün nəzərdə tutulub.

Hərbi paradın hazırlıqlarını “Zvezda” və “Rossiya 24” telekanalı yayımlayıb.

Təkanverici vinti olan təyyarə “Korsar”ı  aerodinamik sxem əsasında kompozit materiallardan hazırlanıb. Çəkisi 200 kiloqrama yaxındır. İdarəolunan “Ataka” raketlərinə zərbə endirə, həmçinin çoxtəyinatlı reaktiv qumbaralar ata bilir.

Helikopter “Korsar”ı isə oxlu pərlər sxemi əsasında hazırlanıb. Digər drondan fərqli olaraq kiçik  və əlverişsiz relyefi olan meydançalara belə enə bilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.