Çinin Şansi bölgəsində bıçaqla silahlanmış şəxs məktəbdən çıxan şagirdlərə hücum edib.
Mujde.az BBC-yə istinadən xəbər verir ki, cinayətkar 19 nəfərə bıçaq xəsarətləri yetirib.
Yaralılardan yeddisi dünyasını dəyişib. Hadisə yerinə gələn polis kortəbii şəkildə qarşısına çıxanları bıçaqlayan cinayətkarı yaxalayıb.
Qana-qəltan olmuş şagirdlərin görüntüləri sosial şəbəkədə yayılıb. Zərərçəkənlərin 12-15 yaşlarında olan yeniyetmələr olduğu bildiirlir. Qatilin motivləri hələ ki, məlum deyil.
Çində son illər oxşar bıçaqlı hücumlar müntəzəm hal alıb. Fevral ayında başqa bir çinli kişi Pekin ticarət mərkəzində bir nəfəri qətlə yetirmiş, 12 nəfəri yaralamışdı.