Rəcəb Tayyib Ərdoğan: ABŞ Nə Dediyi Bizi Maraqlandırmır

“ABŞ-ın nə dediyi artıq bizi maraqlandırmır. Ərazidə faktiki olaraq Afrin əməliyyatı başlayıb. Daha sonra Münbiç əməliyyatı gələcək”.

Anadolu agentliyi bildirir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının Kütahya qurumunun toplantısında çıxışında deyib.

R. T. Ərdoğan ABŞ-ın Suriya siyasətini yenidən pisləyib: “Suriyada oyun quranlar terror qurumunun adını dəyişdirərək hiyləgərlik etdiklərini düşünürlər. Bizim gözümüzdə adı nə olursa olsun, terrorçulardan qurulmuş hər cür qurumun adı terror qurumudur. Yox, Suriya Demokratik Gücləri imiş, yox, sərhəd ordusu imiş. Siz kimi aldadırsınız? Bu qurumun adı PKK-dır, PYD-dir, YPG-dir. Bunu özləri də bildikləri halda, bizi və dünyanı aldatmaq üçün mayallaq aşırlar. Biri “ordu quracağıq” deyir, başqası “belə bir istəyimiz yoxdur” deyir, başqası “sərhəd mühafizə gücləri quracağıq” deyir. Bunların bir-birindən xəbəri yoxdur. Üstəlik, “təşəbbüslərimiz Türkiyəni hədəf almır” deyirlər. Onların nə dedikləri bizi maraqlandırmır, ərazidə konkret nə baş verir, ona baxırıq”.

R. T. Ərdoğan ABŞ-ın öz səhvini anlayacağını söyləyib: “Rahatsız olmayın, terror qurumuna güvənməyin nə qədər yanlış olduğunu görəcəklər. Bu bölgədə Türkiyədən başqa çalışa biləcəkləri başqa müttəfiq tapa bilməyəcəklərini öyrənəcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.