Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycan Respublikasının prezidentinin böyük qızı Leyla Əliyeva İnstaqram səhifəsində paylaşım edib.
Leyla Əliyeva səhifəsində anası Mehriban Əliyevanın qardaşı üçün hazırladığı xaçapurinin fotosunu paylaşıb. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın oğlu Heydər Əliyev üçün hazırladığı acar xaçapurisi sosial şəbəkə izləyicilərinin böyük marağına səbəb olub.
Leyla Əliyeva fotonun altına bu sözü yazıb:
“Anam Heydər üçün bişirib. Gecəniz xeyrə qalsın!”