KİV-də Çalışan Həmkarlarımıza Tövsiyyələr: Jurnalistikanı Gözdən Salmayın

KİV səhifələrinə çıxarılan məqalə və məlumatlar onu yazan hər bir yazarın beyninin məhsulu, məqalə yazılan sahə və ya insanların işinə, həyatına, fəaliyyət sahəsinə olan münasibətin qələmə alınmasıdır. Çox vaxt bu yazıların hazırlanmasında insanlar öz jurnalist borcunu unudur, obyektiv fikirlər toplusu saydığı qeyri-obyektiv yazını hazırlayarkən jurnalist peşəkarlığını unudur, yaddan çıxarır. Bu səbəbdən müasir KİV-nin səhifələri peşəkarlıq səviyyəsinə görə çox-çox aşağı səviyyəli yazılar ilə doludur.

Çox vaxt bu yazılar peşə borcu nöqteyi-nəzərindən hazırlanmır. O yazıları oxuyarkən onların düşüncə tərzi, daxili aləmi, həyatda fikir yürütmə tərzi və s. göz qabağına gəlir. Əslində isə tam başqa cür olmalıdır. Jurnalist hər hansı bir material üzərində işləyərkən o mövzu ilə bağlı hər hansı bir hadisəni, faktı, olayı oxucu diqqətinə dolğun surətdə çatdırmağı bacarmalı, yazı üçün seçdiyi mənfi və ya müsbət qəhrəmanların daxili aləmini, həyat və fəaliyyətini, onların gördüyü yaxşı və ya pis işləri peşəkar ustalıqla təsvir etməyi bacarmalıdır.Əgər bunu bacarmırsa, onda hansı səbəbdən sözünü məhz KİV səhifələrində deməyi qərara alır? Jurnalistika sahəsində belə işlər qəbul edilməməli, qınaq obyektinə çevrilməlidir.Əks təqdirdə yaxşı ilə pisin, sənət ilə hədyanlığın, ağ ilə qaranın, xalqa və dövlətə xidmət ilə “ev yıxanlığın” heç bir fərqi olmayacaqdır.

Bu yazımız həmkarlarımız sayılan, əslində isə “çalışdıqları” bu illər ərzində jurnalistikanın mahiyyətini belə düzgün anlamayan bəzi insanlara məsləhər vermək istəyinə xidmət edir. Bizlər yazıları, düşüncə və həyat tərzi ilə özlərini millətə güldürənlərin qələmə aldıqları cızma-qara məqalələr haqda öz fikirlərimizi bildirmək niyyətindəyik. Bunlardan biri də “Demokratik.az” saytında verilən “Gəncə Regional Kollecinin direktoruna korrupsiya ittihamı” başlıqlı yazıdır.

Onu da bildirmək yerinə düşərdi ki, bu yazı guya ki, kollecin müəllimləri – Asif Süleymanov və Aslan Əliyevin adı çəkilən saytın elektron poçtuna rəsmi müraciəti əsasında hazırlanıb çapa verilmiş, lakin sonradan Asif Süleynanov hansısa şikayət məktubu ilə heç bir mətbuat orqanına müraciət etmədiyi barədə KİV-ə məlumat vermişdir. Onun təkzib dolu çıxışı ilə verdiyi müsahibələrin biri “Turaneli TV”-nin internet səhifəsində yerləşdirilmişdir. Onu da əlavə edək ki, “müraciət”in guya ki, “ikinci həmmüəllifi” sayılan Aslan Əliyev ümumiyyətlə naməlum şəxs olaraq qalır və deyilənə görə adı çəkilən kollecin işçisi deyildir. Ümumiyyətlə, yazı çoxlu sayda müəmmalar ilə doludur. Bu müəmmanın ən böyüyü isə ötən ilin dekabrında Respublikamızın Prezidenti İlham Əliyev cənabları tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuş Fəxrəddin Zeynalov haqqında verilən fikirlərdir. Yenicə dövlət başçısı tərəfindən mükafatlandırılmış kollec rəhbərinin saytda yerləşdirilən yazıda müxtəlif maxinasiya və cinayətlərdə adının hallandırılması, əlbəttə ki, absurd bir şey sayılmalı, qərəzli və qarayaxma adlandırılmalıdır. Bunun başqa bir adı yoxdur. Bununla da, demək, yazıda göstərilən məlumatlar insanların hissiyatına toxunmaq, onlara səhv məlumat verməklə müəyyən mənada narahatlıq keçirməsinə yönəldilmiş bir düşmənçilik aktıdır.
Asif Süleymanovun bu faktlar ətrafında olan olaylara bildirdiyi münasibətdən sonra yazıdakı faktların “jurnalist təxəyyülü”ndən başqa bir şey olmadığı, bildirilən münasibətin əsl həqiqəti əks etdirmədiyi, demək, oxucuya sırınan səhv məlumatlar xarakteri daşıdığı aydın olur. Əgər belə bir yazar səhvi fəaliyyət göstərdiyi sahədə onun bacarığının səviyyəsini əks etdirirsə, onda bizlər də öz tövsiyyələrimizi verməklə həmkar borcumuzu yerinə yetirməliyik. Əlbəttə ki, əgər onların bu tövsiyyələri qəbul etməyə həvəsləri varsa.

Əgər sadaladığımız amillər özünü doğruldursa, onda ortaya sual çıxır: şaiyələr əsasında yazılan, doğruluğu isbat oluna bilməyən “məlumatlar” internet səhifələrinə niyə çıxarılır, məqsəd nədir və kimə yarınmaq, dezinformasiya vermək məqsədi güdülür?

İstənilən halda jurnalistin əldə etdiyi informasiyaların yoxlanılmasına və dəqiqləşdirilməsinəhəmişə ehtiyac vardır. Bu vaxt informasiya mənbəyinin danışdıqlarının və ya yazılı surətdə təqdim etdiyi faktların dəqiqliyini yoxlamaq jurnalistə qələmə aldığı faktlara obyektiv yanaşmağa kömək edir.Bütün hallarda həmişə jurnalist müşahidəsi öz-özlüyündə planlı və məqsədyönlü proses xarakteri daşıyır. Bu o deməkdir ki, müşahidənin köməyi ilə əldə olunan məlumatlar təsadüf nəticəsində deyil, əksinə, konkret məqsədə xidmət edir və jurnalistin diqqəti onu maraqlandıran məlumatın cəmiyyətə düzgün ötürülməsi üçün tələb olunan axtarışa yönəldilib. Yazarlar müşahidənin spesifikasının lazımi informasiyaların alınmasında rolunu düzgün qiymətləndirməyi bacarmalıdırlar. Əks təqdirdə onlar yalnız ağızdan eşidilən və təsdiqi mümkünsüz sayılan dezinformasiyanı oxuculara ötürmüş olurlar.Yalnız şəxsən jurnalistin özü tərəfindən görülmüş və eşidilmiş hadisələr, faktlar və məlumatlar yazara jurnalist yaradıcılığında əminlik və həyati həqiqilik verir. Burda etik anları da nəzərə almamaq olmaz. Jurnalist tərəfindən hansı problemlər qələmə alınırsa-alınsın, bu insanla bağlı olur. Nəhayət, cəmiyyət arasında insanların hərəkətlərini , gözünlə görmədiyin, tam əmin olmadığın hadisələri, faktları müzakirəyə çıxarmaq olmaz. Onu maraqlandıran sualları şəxsən araşdırmaq və dəqiqləşdirmək,jurnalist üçün peşəkar borc sayılmalıdır.

Əgər belə deyilsə, onda bu yazarın yüksək rütbəli məmurların işinə və həyatına tənqidi yanaşmaq istəyinin özü anormal hadisə ayılmalıdır. Fikirlərimizin oxuculara qəqiq çatdırılması üçün jurnalist materialının hazırlanmasında böyük önəm daşıyan bəzi amilləri sadalayaq.

Təsvir – hadisə və ayrı-ayrılıqda hansısa bir faktın bu anda və ya ümumilikdə yazılı material həsr olunmuş əlamət, cəhət, tərəflərin təsvir olunmuş mətn növüdür. Bütün bunlar şərti olaraq təsvir elementləri sayılır. Təsvirin bütövlüyü yazının əsas mənasına və bu göstərilən mətn növünə xidmət etməlidir. Hərçənd, saytda yerləşdirilən yazıda bu tələblər pozulmuş və onlara riayət edilməmişdir.

Fikir və mühakimə. Mühakimə- yazar tərəfindən seçilmiş mətndə fikirlərin məntiqi ardıcıllıq zənciri sayılır. Mühakimə prosesində hal, hadisə və digər faktlar verilir. Onların arasında məntiqi əlaqə, mühakimə, fikir və düşüncə növü – sübut sayılır. O da öz strukturuna malikdir. Sübut isə araşdırılır, bu faktlarla bağlı bütün məsələlər müəyyən edilərək dərindən analiz olunur. Bəzi KİV rəhbərləri çox vaxt bu amilləri nəzərdən qaçırır, heç nəyə əsaslanmayan fikirlər yürüdür, faktlar təhrif edilir. Bu anda yazı əslində daşımalı olduğu funksiyanı da itirməli olur.

Əgər yazı faktlara əsaslanmırsa, qərəzli yazı xarakteri daşıyırsa , demək, tənqid olunmağa da layiqdir. Biz “Demokratik.az” saytında gedən yazıya şərh verməklə fikirlərimizin doğruluğunu təsdiqləməyə çalışdıq.

Ruhulla Zahidov, yazıçı-jurnalist.

Gəncə Regional Kolleclə bağlı yazıya təkzib gəldi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir