Eldar Əzizov kollektivə təqdim olundu

Bakı şəhər İcra Hakimiyyətinin icra başçısının müavini təyin olunan Eldar Əzizov bu gün kollektivə təqdim olunub.

Mujde.az qafqazinfo-ya istinadən xəbər verir ki, E. Əzizovu kollektivə  Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi, şöbə müdiri Zeynal Nağdəliyev təqdim edib.

Tədbirdə şəhər icra hakimiyyətinin kollektivindən başqa Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin başçıları, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi və Bakı şəhər prokuroru iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir