Dünyanın ən çox qazanan ulduzları –

Məşhur “Forbes” dərgisi bu dəfə ən çox qazanan ulduzların siyahısını açıqlayıb.

Mujde.az axşam.az-a istinadən xəbər verir ki, ötən il siyahıda birinci yerdə 239 milyon dollar qazanan Corc Kluni olmuşdu. Bu dəfə aktyor öz yerini Floyd Meyvezerə verib. Boksçu bir ilə 285 milyon dollar qazanaraq ən çox gəlir əldə edən məşhur olub.

İlk onluqda Lionel Messi və Kriştianu Ronaldunun da adı yer alıb. İlk onluqda yer alan məşhurların siyahısını təqdim edirik:

1. Floyd Meyvezer – 285 milyon dollar

Boksçunun Konor Makqreqorla döyüşü ona 550 milyon dollar qazandırıb. Bu pulun 275 milyonu boksçunun özünə qalıb. Meyvezer artıq ikinci dəfədir ki, milyonçular siyahısında birincidir. O, 2015-ci ildə də qazancı ilə ilk sırada olmuşdu.

2. Corc Kluni – 239 milyon

Klunu sahibi olduğu “Diageo”nu satdıqdan sonra yaxşı gəlir əldə edə bilib. Onun satışı 1 milyard dollara başa gəlib. Corc daha sonra “Casamigos” yaradıb.

3. Kayli Cenner – 166,5 milyon

4. Cudi Şeyndlin – 147 milyon

5. Dueyn Conson – 124 milyon

6. U2 – 118 milyon

7. Coldplay – 115,5 milyon

8. Lionel Messi – 111 milyon

9. Ed Şiran – 110 milyon

10. Kriştianu Ronaldu – 108 milyon

Mujde.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir