Ekstrasens-Parapsixoloq Sədaqət Nəsib: İnsanlara Kömək Edirəm

Ekstrasens-parapsixoloq Sədaqət Nəsib Axşam.az-a açıqlamasında bildirib ki, qeyri-adi istedad ona Tanrı tərəfindən verilib:

“Seyid nəslindənəm. Əlimdə qeyri-adi enerji var. Bu vergi mənə veriləndə həyat yoldaşıma dedim. Bu qeyri-adi bacarığımı insanlara çatdırmağa icazə vermədi. Dedi ki, ayıbdır, utanıram. Falçı, görücü, cadugər deyiləm. Bəxt bağlamıram, qara magiya ilə məşğul olmuram. Sadəcə, qədim dillərdə danışıram. Parapsixoloq kimi fəaliyyət göstərirəm. İnsanlardakı pis, mənfi auranı təmizləyir, onları müsbət ab-havaya kökləyirəm. Qədim dillərdə dualar oxuyuram.

9 il bundan əvvəl evdə oturmuşdum, televizordan güclü xışıltı gəldi. Elə bil ki, kimsə mənə “danış” dedi. Qəribə dillərdə danışmağa başladım. Ərəb, hind, türkmən dilində danışıram. Maraqlısı isə odur ki, qədim dillərdə danışıram. Bəzən özümün də anlamadığım 20-yə yaxın dildə söhbət edirəm.

Pasientim olub ki, uşaq yeriyirdi, ancaq danışa bilmirdi. Onu bioenerji ilə müalicə etdim. İndi uşaqda o qədər irəliləmə var ki… Xərçəng, böyrək və ya digər xəstəlikləri sağaltmıram. Bunlar həkim işləridir. Gendə olan xəstəliyi bioenergetik sağalda bilməz. Biz sadəcə, insandakı ağırlığı əlimizdəki enerji ilə götürürük. Mən isə pasientlərim üçün xüsusi şamlar yandırır, surələr oxuyuram və əlimlə enerji verirəm. Yorğunluq, halsızlıq, depresiv əhval-ruhiyyəyə kömək edirəm. Ruhi pozuntusu olan və daim dərmandan asılı qalanlara parapsixoloq kimi yardım edə bilərəm”.

Sədaqət Nəsib son günlər artan intihar hallarından bəhs edib:

“İnsanlarda son ildə depresiyaya daha çox düşür. Bunlar hamısı yaşam tərzindən irəli gəlir. Sosial şəbəkədə hər şey paylaşılır. Kimlərinsə dəbdəbəli həyatına baxıb, onu arzulayırlar. Edə bilməyəndə isə depresiyaya düşürlər. Daha çox zəif ruhlu adamlar bu hala qalır, intihara cəhd edirlər. İnsan özündə istəklərini boğmalıdır. Pozitiv ab-havaya köklənsinlər. Adi şamı yandırıb, yanında oturub, arzularını onunla bölüşə bilərlər. Bu, adamı bir az rahatladır.

Bir pasientim var, özünə çox qapanır. Başlayır bütün günü özü ilə danışır, işləri yolunda getməyəndə özünü zəif hiss edir, günahlandırır. Onunla daim söhbət edir, çalışıram önəmli və uğurlu olduğuna inandırım. O, seanslara ara verən kimi yenə pessimist olur. İnsanlara məsləhət görürəm ki, parapsixoloqlara müraciət etməkdən çəkinməsinlər.

Mənim müalicələrim efir yağları, şam və surələrdən ibarətdir. “Qara xətt” deyilən bir aura var. İnsan özü hər şeyi proqramlaşdırır. İnsanın energetikasına toxunan bəd qüvvələr var. Bunları özünüzə yaxın buraxmamalısınız. Çalışıb, hər zaman müsbətə özünüzü kökləyin. Auranızı bəd qüvvələrdən təmizləmək üçün seanslara qatılmaqdan çəkinməyin”.

Ekstrasens-parapsixoloq ailəsi ilə bağlı başına gələn hadisəni də əməkdaşımızla bölüşüb:

“Bəzən özümlə bağlı nələrisə hiss edirəm. Ancaq öncəgörücü qabiliyyətimdən istifadə etmirəm. Rusiyada qalırdıq. Bir gün elə bil kimsə dedi ki, ananı götür apar Azərbaycana, 10 gün ömrü qalıb. Yoldaşım mənə inanmadı. Öz avtomobilimi satıb, anamı Azərbaycana gətirdim. Tam 10 gün olanda anam rəhmətə getdi”.

Sədaqət Nəsib bildirib ki, dəfələrlə danışdığı dillərlə bağlı araşdırmalar aparıb:

“Azərbaycanda mənim kimi qədim dilləri danışmağı bacaran insan yoxdur. Hər dəfə danışdığım dillərdə araşdırma aparmışam, xaric saytlarda məlumatlar oxumuşam. Bununla bağlı heç bir informasiya yoxdur. Bəzi sözlərdən bilmişəm ki, Qədim Yunan dilində danışa bilirəm. Bir rus saytında yazılmışdı ki, bu “Allahın dilidir”. Bu bacarıq hər adama verilmir”.

Ekstrasens-Parapsixoloq Sədaqət Nəsiblə əlaqə: (070) 612-30-00 (www.ekstrasens.az)

Ekstrasens-Parapsixoloq Sədaqət Nəsiblə müsahibə – Axsam.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir