Gəncə Şəhərində Hərbi orkestrin müşayətilə bayraq yürüşü keçirilib

Mujde.az ın Qərb Mərkəzinin məlumatına görə, yürüş Gəncə Şəhər İcra Hakimiyyətinin, Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.

Şəhərin Heydər Əliyev meydanına toplaşan şəhər ictimaiyyəti Bayraq meydanına yürüş edib. Yürüşdə N saylı hərbi hissənin əsgərləri tərəfindən uzunluğu 50, eni 4 metr olan Azərbaycan bayrağı Gəncə Şəhər qarnizon hərbi orkestrin müşayiəti ilə Bayraq meydanına gətirilib. Həmçinin burada şeir və musiqi sədaları altında gənc şahinlərin təntənəli keçidi izlənilib.

Yürüş Bayraq meydanında təşkil olunan bayram tədbiri ilə davam edib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, habelə şəhər sakinləri iştirak ediblər.

Çıxışlarda bildirilib ki, dövlət bayrağı ilə bağlı ilk qərar Gəncədə verilib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra həmin il iyunun 21-də hökumətin qərarı ilə üstündə ağ səkkizguşəli ulduz və aypara təsviri olan qırmızı qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilib. 1918-ci ilin noyabrın 9-da isə Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı haqqında yeni qərar qəbul edilib. Qərarda deyilir: “Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin”. Prezident İlham Əliyev 2009-cu ildə imzaladığı sərəncama əsasən hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Tədbir konsert proqramı ilə davam edib. Gəncə Musiqi Kollecinin xor kollektivi, Gəncə Dövlət Dram Teatrının aktyorları, Gəncə Dövlət Filarmoniyasının mahnı və rəqs kollektivi tədbir iştirakçıları qarşısında çıxış ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir