Bayram Səfərovdan SƏRT SÖZLƏR: Paşinyan bunun üçün peşman olacaq

“Nikol Paşinyan Şuşaya gəldiyinə görə peşman olacaq”.

Bu sözləri Dağlı Qarabağ Azərbaycan icmasının sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov jurnalistlərə açıqlamasında deyib.

 Onun sözlərinə görə, Paşinyan özbaşına Şuşaya gəlməkdə qanun pozuntusu edib: “Qarabağ Azərbaycanın ərazisidir. Fikrimcə, o Şuşaya gəldiyinə görə peşman olacaq. Günahsız insanların qanına bulaşmış torpağa ayaq basmaq düzgün deyil”.O, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsi məsələsinə də toxunub. B.Səfərov bildirib ki, bununla bağlı hələ heç bir gözlənti yoxdur: “Ermənistanda yeni hökumət formalaşmalıdır. Yeni rəhbərlik Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəksə, Ermənistanın vəziyyəti yaxşılaşa bilər. Yoxsa onların vəziyyətin əvvəlkindən də pis olacaq”…Mujde.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir