Leyla Əliyeva babası ilə uşaqlıq fotosunu paylaşıb, bunları yazdı – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva babası, mərhum prezident Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı şeir yazıb.

Mujde.az xəbər verir ki, o, şeiri şəxsi “İnstagram” səhifəsində paylaşıb.

Elə istəyirəm ki, səninlə söhbət edim,  Təəssüf ki mümkünsüzdür, sən yanımda deyilsən.

Nə yazıq ki, çətindir,gücüm çatmaz unudam.
Baxışınla dediyin nə varsa ayrılarkən.

Nə varsa hər kəsdən bərk qışqırıb dediyimiz,
Nə varsa dişimizi sıxıb susduqlarımız,
Səninlə söhbət etmək özü bəlkə günahdır.
Biz ki bir-birimizi başa düşərdik sözsüz!

İndi söylə səni mən unudummu deyirsən?
Anmı,günmü,dəqiqəmi, bir ömürmü gərəkdir?
Elə istəyirəm ki, səninlə söhbət edim, rüsvayçılığım budur, budur eyibsizliyim!

Bilirsənmi, mən bugün, məhz elə bax indicə,
Heç vaxt deməyəcəyim sözlər ki, var deyəcəm!
İstəyir göylərdəki ulduzlar nursuz qalsın,
Mən kor olsam səninlə zülməti də görəcəm!

Yağış ağlamasada, günəş isitməsədə,
Qoy bugünkü səssizlik mənim üçün az olsun,
Səndən dəyərli heç nə yoxdur mənə bu gece,
Mən sənə qovuşmamış axı səni itirdim!

Lakin şeirlər vardır, əbədiyyən yaşayar,
Onlar nə yalan deyər, nə də susar dilləri,
Mən buna inanıram,sənə çatdıracaqlar,
Gedərkən cürət edib demədiyim sözləri!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir