Azərbaycanlı idmançı: Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün Ali Baş Komandanın əmrinə hər an hazıram

Mujde.az Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi xalqımız tərəfindən yüksək səviyyədə qeyd edilir. Azərbaycan Ordusunun yubileyi ən böyük bayramlardan biridir. Mənimçün qürurverici haldır ki, müstəqil Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişəm.

Bunu peşəkar kikboksçu, dünya və Avropa çempionu Xəyal Əhmədov 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə AZƏRTAC-a açıqlamasında bildirib.
“Bir idmançı kimi, qüdrətli Ordumuzun olması ilə fəxr edirəm. Bu, hər bir azərbaycanlı üçün qürurvericidir. Bir zamanlar özüm də Azərbaycan Ordusunun əsgəri kimi, vətənimə xidmət etmişəm. Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri bölgənin ən güclü ordusuna çevrilib. Xalqımız kimi, mən də işğal altında qalan torpaqlarımızın azad ediləcəyi günün uzaqda olmadığına inanıram. İdmançı kimi, torpaqlarımızın ərazi bütövlüyünün bərpası üçün Ali Baş Komandanın əmrinə hər an hazıram və bu günü səbirsizliklə gözləyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir