31-mart Azərbaycanlıların Soyqırımı Tarixə nəzər.Mujde.az

QALX AYAGA AZƏRBAYCAN !

Yeraltı yerüstü sərvətlər ilə zəngin və cografi ərazisinə görə əlverişli şəraitdə yerləşmiş Azərbaycan daim diqqət mərkəzində olmuşdur.

Azərbaycanla bağlı qəsbkar siyasət yürüdən dövlətlərin fıkirlərinin üst-üstə düşməməsi ucbatынdan Azərbaycan daim düşmən işğalına məruz qalmışdır.

1772-ci ildə rus qoşunları Dərbəndə hücum etməklə ilk dəfə Azərbaycan torpaqlarınm işğalına başladılar və Azərbaycan səmasında qara buludlar görünməyə başladı.

Qafqazın ixtilasına başlamış  ruslar 1803-cü ildə Şəmkiri, 1806- cı ilə qədər Azərbaycan xanlığının əksəriyyətini, 1807-ci ildə İrəvan xanlığnı ələ keçirmişlər.

12 oktyabr 1813-cü ildə Azərbaycan tarixində faciəvi rol oynayan Gülüstan müqaviləsi, 10 fevral 182Ş-ci ildə Azərbaycanın Rusiya ilə Iran arasında bölüşdürülməsi haqqında bağlanmış bədnam Türkmənçay müqaviləsi ilə Azərbaycanda qara günlərin təməli, bünövrəsi qoyulmuş oldu. Hansı ki, həmin Türkmənçay müqaviləsindən sonra ruslar atəşfəşanlıq edərək toplardan101 yaylım atəşi açmışlar.

Həmin dövrdə 410 min km2 ərazisi olan Azərbaycan 280 min
km2 ərazisini itirməli olmuşdur. 1828/30-cu illərdə İrandan ermənilərin Qarabağa köçürülməsi ilə qara günlərin yeni etapı başlamışdır. 1918-ci ildə Rusiyanın təzyiqi ilə ermənilərə verilmiş İrəvan xanlığı daha 9 min km2 sahənin itirilməsi ilə başa gəldi və daha 7 min km2 ərazi: – Dərbənd xanlığı itirildi. 1920-ci ildə Rus Sovet İmperiyası yenidən Azər- baycanı bölüşdürərək Zəngəzur, Göyçə, Sərur, Dərələyəz, Dilican ermonilərin nəzarətinə, Borçalı – Gürcüstana verilməklə 27,4 min km2 ərazi yenidən itirilərək Azərbaycanm 86,6 min km! ərazisi qalmışdır.

1988/1994-cii illərdə 4400 km2 Dağlıq Qarabağ ərazisi və onun ətrafmda 7 rayondan 8810 km ərazimizi erməni qəsbkarları zəbt etmiş və beləliklə babalarımızın miras qoyduğu 410 min km2 ərazi itirilərək bu günə 73,4 min km2-ə enmişdir.

Bununla kifayətlənməyən ermənilər və onların havadarları 1905-1907, 1918-1920, 1948- 1953, 1988-1993-cü illərdə kütləvi soyqırım, genosid törətmiş, yüz minlərcə soydaşımız deportasiya olunaraq başqa respublikalara köçürülmüş, 1988/1993- cü ilbrdə bir milyondan artıq soydaşımız yurdsuz-yuvasız qalmış, talelərinə qaçqın-köçкünçülük yazılmışdır.

XX-ci əsrdə azğın ermənilər tərəfindən törədilmiş faciələr saya gəlməz qədər olmuşdur.

1918-ci ilin sonlannda erməni quldur dəstələri Vedibasar rayonunun 70 müsəlman kəndində günahsız əhalini son nəfərinədək qılıncdan keçirmişdir.

1918- ci ilin sonlarında Göyçə mahalında ermənilər 60 min Azərbaycanlını qətlə yetirmişlər.

1919-cu il avqustun 17-dən 31-dək (14 gün) 50 müsəlman kəndini vəhşiləşmiş erməni qoşunları yerlə yeksan etmiş, dinc əhalini qırmışlar.

1919-cu ilin noyabr-dekabr aylarında Eçmədzin və Sürməli qəzalarında 101 kəndi, İrəvan qəzasında isə Azərbaycanlılar yaşayan bütün kəndləri viran etmişlər.

Satqınlıq və riyakarlıqlarına görə Türkiyədən qovulmuş azğın ermənilər təkcə İrəvan mahalında 88 müsəlman kəndini yandırmış, 130 min Azərbaycanlını qətlə yetirilmişlər.

Ümimiyyətlə 1918-20-ci illərdə 330 minə yaxın Azərbaycanh qətlə yetirilmiş, 200 min nəfər isə öz ata-baba torpaqlarından didərgin salınmışlar.

1948-53-cü illərdə 140 minə yaxın Azərbaycanlı qətlə yetirilmiş, 200 min nəfər isə öz ata-baba torpaqlarından didərgin salınmışlar.

1948-53-cü ildə 140 minə qədər Azərbaycanh Ermənistandan zorla Kür-Araz ovalığına köçürülmüşdür.

1988-ci ildə 230 min soydaşımız son nəfərinədək öz ata-baba yurdundan, indi Ermənistan ad lanan ulu torpaqlarından sürgün olunmuş, qovulmuşlar.

1988-ci ildə Sovet İmperiyasının dağılmasından istifadə edən erməni faşistləri 12.02.88-ci ildə Azərbaycanlılara qarşı elan olunmamış müharibəni başlayaraq təkcə Qarabağda 820 kəndi, 12 şəhəri zəbt etmişdir.

Əsrin əvvəllərində Bakıda, Şamaxıda 18000 nəfərdən artıq dinc əhalini qətlə yetirmişlər.

XX-ci əsrdə bəşər tarixində görünməmiş faciə 26.02.1992-ci ildə Xocalılar erməni faşistlərinin qurbanları olmuşlar.

20 yanvar 1990-cı ildə Bakı şəhərində erməni fıtnəsi, riyakarlığı nəticəsində Qorbaçov, Yazov imperiyası daha bir faciənin-qanlı şənbənin memarı olmuşlar ki, həmin gecə milli azadlıq hərəkati mücahidlərinin, dinc əhalinin qanı su yerinə axıdılaraq 137 nəfər şəhidlik zirvəsinə ucalmış, 611 nəfər əlil olmuşdur.

Azərbaycanlıların öz ata-baba əzarilərindən çıxarılma, həmçinin etnik təmizləmə əməliyyatı 180 il davam etmişdir. Təcavüz, terror, soyqırım – Ermənilərin dövlət siyasətinin kökünü, əsasmı təşkil etmiş, Azərbaycan torpaqlarına, xalqına qarşı etdikləri  nəhşilikləri faşistlərin etdiklərindən qat-qat artıq olmuşdur.

1988-1993-cü illərdə Azərbaycan 30 min şəhid vermiş, minlərlə insanlar əlil, şikəst olmuş- dur. Lakin xeyirxah və unutqanlığımız bu qədər müsibətlərin başımıza gətirilməsinə,baxmayaraq yenə də bizə tarixi dərs vermişdir.

|Deyirlər ki, insanlığın meyarı onun mənəviyyatıdır. Yaddaş isə mənəviyyatın göstəricisidir. Biz başımıza gətirilmiş bəlaları, bu qədər torpaqlarımızın itirilməsini heç cür unuda bilmərik. Sinəsinə çar-çarpaz dağ çəkilmiş Vətən torpağı düşmən tapdağı altında inləyərək həsrətli baxışlarını ər igidlərə, qeyrət sahiblərinə yönəltmiş, imdad diləyərək yağı düşməni çox-çox uzaqlara qovmalarını, məhv etmələrini gözləyir. Torpaqlarımızın alınması hər birimizin həyat amalına çevrilməli, qüvvə səyimizi birləşdirərək səfərbər etməli, ali baş komandan, möhtərəm prezidentimiz İ.Əliyevin ətrafında sıx birləşməli, nəinki Azərbaycanın firuzə qaşı sayılan Qarabağı, onun ətrafındakı 7 rayonumuzu, eyni zamanda vaxtilə itirdiyimiz torpaqlarımızı, Zəngəzuru, Mehrini, Göyçəni, İrəvanı geri almalıyıq. Bunu bizlərdən babalarımızın, şəhidlərimizin daim başımız üzərində gəzən ruhları, ata-babalarımızın uçurulmuş, viran qoyulmuş qəbir evləri, mayamız tutulmuş torpaqlarımız, ən nəhayət gələcəyimiz tələb edir. Heç biri-mizin haqqı yoxdur ki, riyakarcasına farslara, ruslara söykənərək, başımıza dəfələrlə müsibətlər gətirilmiş, xalqımıza, torpaqlarımıza qarşı genosidlər, soyqırımlar, faciələr törətmiş azğın, mənfur, əqidəsiz, insanlıqdan kənar erməniləri Azərbaycan torpaqları hesabına süni yaradılmış Ermənistan dövlətindən çox-çox uzaqlara, vaxtilə gəldikləri yerlərə qovmayınca rahatlıq tapaq.

Azğın ermənilər bilsinlər ki, vaxtilə yatmış, başı zülmlər çəkmiş, Azərbaycan xalqı artıq oyanaraq öz haqq səsini beynəlxalq aləmə yaymış, dığaların iç üzünü açaraq onların “böyük ermənistan xülyalarını gözlərində qoymaq üçün güc nümayiş etdirməyə həmişə hazırdırlar.

Söz və qılınc ” qardaşdır, təsadüfı deyil ki, söz qılıncdan da kəsərlidir, kəlamı işlədilir və daim söz və qılınc bir-birinin arxasında dayanır. Bu gün bütün yazarlar qələmlərini xalqda vətənpərvərlik ruhunun aşılanmasına yönəltməlidir. Hər kəs torpaqlarımızın müqəddəsliyini, onun hər şeydən yüksəkdə dayandığını dərk etməli, hər dəqiqə canından keçməyə hazır olmalıdır.

Dost qardaş Türkiyədə hər bir çağrışçı vətəninin keşiyini çəkməyi özünün müqəddəs borcu bilir. Hətta hərbidə olmayanlara qız belə vermirlər. Hər bir Azərbaycanın ər-igidi də Babəklə, Cavad xanla, Xətai ilə fəxr etməli, Vətəni qorumağı özünün qeyrəti, namusu hesab etməlidir. Ona görə də çağırışdan yayınmadan hərbi xidmətə gedib, hərbi texnikanın sirrlərinə dərindən yiyələnmək, mənəvi-psixoloji, taktiki cəhətdən hazır olmaq, dəyanət, mərdlik, kişilik məktəbini keçmək, vətənini, torpağını , xalqını sevmək hər bir oğulun ən azı vətəndaşlıq borcudur.

Ölüm var ki, həyat qədər dəyərli,

Həyat var ki, ölümdən zəhərli,

Hər kəs lazım gələrsə qanını belə vətən üçün əsirgəməməlidir. Vətənpərvərlik ruhu bağçadan, məktəbdən uşaqlara aşılanmalıdır. Uşaqlıqda öyrəndiyim Məlikməmməd nağılını xatırlayıram. Qardaşları Məlikməmmədi quyuya sallayaraq kəndirini kəsir və ağzını örtürlər. Qardaş da qardaşın kəndirini kəsərmi?!, heç xalqı bu ruhda tərbiyə etmək olarmı?, bu bizi hara aparır?!…

Əsas təbliğat maşını kimi bu yük televiziya studiyalarının üzərinə düşdüyü halda, heç də aparılan iş qənaətbaxış deyil, insanların mənəviyyatına toxunan tərbiyəsiz xarici fılmlər nümayiş olunur və s.

Əsrin əvvələrində işğallara məruz qalmış Türkiyə ən ağır günlərini yaşayırmış. Eşitdiyim bir söhbəti qeyd etmək istəyirəm:bir  müdrık, dünyagörmüş qoca Mustafa Kamal Paşaya yaxinlaşaraq çox illər əvvəl baş vermiş Zeytun əhvalatını aşağıdakı kimi nəql edir: – Zeytunda ermənilər öz dövlətlərini qurmaq istəyərkən türk əsgərlərinin təqibinə məruz qalır və darmadağın edilir. Bu vaxt erməni komandan öz zabitlərini toplayaraq deyir ki, bu cür biz heç vaxt türklərə qalib gələ bilməyəcəyik. Əmr edir ki, bundan sonra türklərlə xoş münasibət yaradaraq, öz qızlarını onlara versinlər. Bunu eşidən Ata-türk dərhal əmr edir ki, 2 saat ərzində orduda nə qədər ki, yoldaşı, anası, nənəsi erməni olan varsa aşkarlansın və ön cəbhədən kənarlaşdırılsın. Məhz ondan sonra türk ordusu öz qələbə, zəfər bayrağını sancmışdır. Bizlərdə bu söhbətdən nəticə çıxarmalıyıq. Sapı özümüzdən olanlar var ki, təxribatlar törədirlər. Bunlar isə əsasən dayılaları erməni olanlardır ki, heç cür belə adamlara etibar etmək, arxa çevirmək olmaz.

Həm özümüz öyrənib, bilməliyik, həm də yeni doğulmuş körpəyə belə öyrətməliyik ki, vəhşi, quldur yırtıcı, insanlaqdan xəbəri olmayan, faşist ermənilərə, daşnaq Andrianik və onun sələflərinə, nəvələrinə bir daha sadəlövlük edərək arxa çevirmək, dost olmaq olmaz. Bunu tarix özü sübuta yetirdi. Tariximizin ibrət dərslərindən nəticə çıxarmalıyıq.   İlana yedirtsən balı, şəkəri

İfraz eyləyəcək ancaq zəhəri.

1874-cü ildə dənizdən-dənizə dövlət qurmaq, Böyük Ermənistan xülyasına düşmüş ermənilər edilmiş yaxşılıqlara cavab olaraq daim düşmənçilik siyasəti yeritmiş, 1988-2001-ci illərdə daşnak sütun partiyası və “Asala” qrupu Azərbaycanda (avtobusda, gəmidə, metroda, qatarda) 32 terror əməliyyatı törətmişlər ki, bunun nəticəsində 2000 nəfər həlak olmuş, 10.000 nəfər yaralanmışdır.

Onlara nə qədər yaxşı olsaq, quduraraq o qədər çox bizdən umub istəyəcəklər.

Ölkəmizin tərəqqisi, inkişafi naminə hamımız bir yumruq kimi möhtərəm prezidentimizin ətrafında sıx birləşməli, ərazi bütövlüyümüzün, müstəqilliyimizin qorunmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində əməli işimizlə iştirak etməli, özümüzü bir millət kimi sübut edərək, tarixin sınağından alnı açıq çıxmalıyıq.

Qalx ayağa Azərbaycan! – ər igidlər, əsil namus, qeyrət vaxtıdır. Vətən oğlu ümid sənədir!

Müəllif : Yaziçı-publisist: Qorxmaz Səmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.