OYAN, QOÇ KOROĞLUM

                                   OYAN QOÇ KOROGLUM

Gözlərimiz gördü nələr?

Oyan, Qoç Koroğlum, oyan!

Üz alıbdır yol kəsanlər,

Oyan, Qoç Koroğlum, oyan

Yenə çaqqallar ulayır,

Qeyrətsiz meydan sulayır,

Yaltaqlar quyruq bulayır,

Oyan, Qoç Koroğlum, oyan

Yəhərləyin, Qırat hanı?

Nərən bürüsün hər yanı

Qoru təmiz adı, sanı,

Oyan, Qoç Koroğlum, oyan!

Canımız saydıq biz eli,

Məğlub olmaz oğuz eli.

Türk oğlunun bu öz eli,

Oyan, Qoç Koroğlum, oyan!

Ulu torpaq – yer bizimdir,

Döyüşən əsgər bizimdir.

Qələbə, zəfər bizimdir,

Oyan, Qoç Koroğlum, oyan!

Çənlibel sənsiz darıxıb,

Oba, el sənsiz darıxıb,

Sazda tel sənsiz darıxıb,

Oyan, Qoç Koroğlum, oyan!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir