11 Aprel 2018-ci il – Azərbaycanda Prezident Seçkiləri Günüdür

Aprelin 11-i Azərbaycan Prezidentinin seçkiləri günüdür. Aprelin 10-u – yəni həftənin çərşənbə axşamı “sükut günü”dür.

Azərbaycan Müjdələri bildirir ki, Seçki Məcəlləsinə görə, səsvermə günü və ondan öncəki gün, yəni “sükut günü” hər hansı seçkiqabağı təşviqat aparmaq, mitinqlər keçirmək qadağandır.

Seçkiqabağı təşviqat aprelin 10-da saat 08:00-da dayandırılacaq.

Yada salaq ki, Mərkəzi Seçki Komissiyası 8 nəfərin Prezidentliyə namizədliyini qeydə alıb.

Bunlar Prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi Cəbhəçilərin təşəbbüs qrupu tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur (Cəlaloğlu).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir