Zidanın yeni komandası bəlli oldu

Zinədin Zidan “Real Madrid” klubunu tərk edib.

Mujde.az” xəbər verir ki, artıq Zidanın hansı klubun baş məşqçisi olacağı bəlli olub.

Misirli iş adamı Naqib Saviris Tvitterdəki səhifəsində sensasion məlumat verib. İş adamı bildirib ki, Zidan Qətər komandası ilə işləyəcək. Təcrübəli məşqçi komandanı 2022-ci ilin dünya çempionatına hazırlaşdıracaq.

“Zidan Qətər yığmasını baş məşqçi kimi dünya çempionatına hazırlayacaq. Maaşı 50 milyon. 4 illik müqavilə. Pul hər şeyi həll edir?”, – deyə iş adamı yazıb.

Qeyd edək ki, futbol üzrə dünya çempionatı 2022-ci ildə Qətərdə keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir