Zalımın yer üzündə yaratdığı behiştin aqibəti nə oldu?

Həzrət Hudun (ə) yaşadığı dövrdə ölkə başçısı Ad idi və onun iki oğlu var idi. Birinin adı Şədid, o birisinin adı Şəddad idi. Ad dünyasını dəyişir və bu iki oğlu quldurluq və zülmlə insanları qarət edir və onlara zülm edirdilər.

Nəhayət Şədid də dünyasını dəyişir və hakimiyyət Şəddadın əlinə keçir. O, çox təkəbbürlü və lovğalanan insan idi.

Mujde.Az deyerler.org-a istinadən bildirir ki, bir gün Həzrət Hud (ə) onu öz dininə dəvət edir və ona behişti zəmanət edir. O, deyir mənə behiştdən danış. Həzrət Hud (ə) da behişt haqqında ona məlumat verir. O, təkəbbürlü halda deyir ki, mən özüm yer üzərində behişt yaradacağam.

O, bir çox ölkələrə öz elçilərini göndərir ki, nə qədər qızıl və gümüşləri vardısa, ona göndərsinlər. İrəm adlı şəhər salır. Bu möhtəşəm şəhərdə mindən çox işçi işləyirdi. Onlara nəzarət etmək üçün öz əsgərlərindən yüz nəfərini məmur edir.

Uzun səy və çalışmadan sonra axır ki, İrəm şəhərini inşa edib, sona çatdırırlar. Şəhərin ətrafına böyük hasar çəkildi. Onun içərisində minə yaxın möhtəşəm qəsr tikilmişdi. Sonra Şəddada xəbər verirlər ki, şəhərin açılışı üçün gəlsin.

Şəddad da şad və sevincli halda öz saray əhli ilə birlikdə həmin şəhərə tərəf hərəkət etdi. Şəhərə çatmağa bir gün qalmışdı ki, böyük bir ildırım səs sala-sala onlara tərəf gəlməyə başladı. Hamısını yerə sərdi və hamısı həlak oldular.

Nəticədə Şəddad dünyada özü üçün tikdiyi behiştinə qovuşa bilmədi.

Bu, hər bir düşünən insan üçün böyük bir ibrətdir. Belə təkəbbürlü zalımlar tarixdə çox olub, hamısının da aqibəti acı olub.

Mujde.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.