Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Mujde.az“a verilən məlumata görə, general-polkovnik Z.Həsənov hərbi hissələrin döyüşə hazırlıq vəziyyətini yoxlayıb, üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib.
Hərbi birliklərin komandanlıqları ilə keçirilən müşavirələrdə müdafiə naziri Azərbaycan ordusunun silahlanmasına yeni daxil edilən hərbi texnikanın müasir tələblərə tam cavab verdiyini vurğulayaraq müxtəlif silah növlərinin alınması prosesinin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb.
Düşmənlə qarşıdurma xəttindəki vəziyyəti dəyərləndirən nazir Ali Baş Komandanın tapşırıqlarını, qarşıda duran vəzifələri, eləcə də düşmənin istənilən təxribatının qarşısının dərhal alınması ilə bağlı müvafiq göstərişləri şəxsi heyətə çatdırıb.
Hərbi qulluqçular müdafiə nazirinə müraciət edərək işğal altında olan torpaqların tezliklə azad edilməsinə hər an hazır olduqlarını bildiriblər.