Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununa çıxıb.
Mujde.az xəbər verir ki, Faiq Qarayevin yetirmələri Bolqarıstanla qarşılaşıb.
Oyun millinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun paralel oyununda isə Ukrayna Portuqaliyanı sınağa çəkib. Ukrayna bu görüşdə rəqibini 3:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, bu nəticədən sonra aktivində 9 xalı olan Azərbaycan yığması turnir cədvəlində Bolqarıstanla birlikdə 1-2-ci yerləri bölüşdürür.