Adına heç bir mal və mülk olmadığı ortaya çıxan türkiyəli müğənni Hadisə Açıqgözün (Hadise Açıkgöz) bütün əmlaklarını və pullarını xaricdə saxladığı iddia edilir.
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu faktlar müğənninin Bodrumda işlətdiyi “La Plaj” adlı çimərliyin sahibləri ilə məhkəmə prosesi zamanı ortaya çıxıb.
2008-ci ildən Türkiyədə çalışan oxucunun qazandığı pulların sayı isə eşidənləri heyran qoyur.
Belə ki, Açıqgöz 10 il içərisində tekstil, kosmetika və yeyinti sektorunda səkkiz brendlə haradasa 10 milyon lirəlik anlaşmaya qol çəkib.
“O səs Türkiyə” yarışmasında səkkiz mövsüm jürilik edən müğənni, beş ay boyunca baş tutan çəkilişlərdən 85 min lirə pul qazanıb. Onun yarışmanın bir mövsümündən əldə etdiyi gəlir isə 1,7 milyon lirə edir.
Ayda dörd dəfə konsert verən Hadisənin səhnə dəyəri isə 100 min lirədir. Alış-veriş mərkəzlərindəki çıxışları üçün 50 min lirə, Kiprdəki konsertlərdə iştirak üçün isə 150 min lirə qazanc əldə edir. Açıkgözün illik konsert qazancı isə 4 milyon lirəni keçir.