Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1651-ə, yaralıların sayı isə 11 119-a çatıb.
Azərbaycan Müjdələri bildirir ki, bununla bağlı Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Təbii fəlakət nəticəsində 3471 bina dağılıb.
Bildirək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib.
Türkiyə təbii fəlakətlə bağlı NATO və Avropa Birliyi də olmaqla 45 ölkədən yardım təklifləri alıb. Bir müddət öncə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri zəlzələ bölgəsinə çatıb.
Türkiyədə 7 günlük ümummilli matəm elan edilib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Twiter hesabında yazdığına görə, Türkiyədə güclü zəlzələ ilə əlaqədar 7 günlük ümummilli matəm elan edilib.
“2023-cü il fevralın 6-da ölkəmizdə baş vermiş zəlzələlərlə əlaqədar 7 günlük ümummilli matəm elan edilib. Bayrağımız 12 fevral 2023-cü il bazar günü, bütün ölkəmizdə və xarici nümayəndəliklərdə gün batana qədər yarıya qədər endiriləcək”, – Türkiyə Prezidenti vurğulayıb.