Mujde.az Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail rejiminin 50-dən artıq fələstinlinin qətlə yetirməsinə sərt münasibət bildirib.
O, İsraili bir daha terror dövləti adlandırıb:
“İsrail dövlət səviyyəsində terror törətməkdədir. İsrail terror dövlətidir və hazrıda attığı addımlar bunu sübut edir. İsrailin etdiyi soyqırımdır. İnsanlıq faciəsi hansı tərəfdə olursa-olsun, ABŞ və yaxud İsraildə, bunu lənətləyirəm. Təəssüf ki ABŞ PYD, YPG ilə İŞİD-ə qarşı mübarizə apardığını söyləyərək necə əməkdaşlıq edirsə, elə burada da təəssüf ki İsrail ilə amansız bir şəkildə iş birliyinə girmişdir. İsrailin törətdiyi bir soyqırımdır və bu soyqırımı ilk dəfə bu gün göstərmir. 1948-ci ildən etibarən bilirsiniz, bu işğal davam edir və azala-azala Fələstin bugünkü bir ovuc yerdə qaldı. İndi də buradan çıxarılmağın səyləri içərisindədirlər. Qeyri-qanuni qərara qarşı yalnız demokratik hüququndan istifadə edən vətəndaşlara qarşı bu hücumlar bir daha İsrailin çirkin üzünü ortaya qoymuşdur”.
Hücum xəbərini eşitdikdən sonra baş nazir Binəlı Yıldırım və digər məmurlarla danşdıqlar keçirdiklərini dilə gətirən Ərdoğan belə davam edib:
“Məsləhətləşmələrimiz nəticəsində Türkiyə olaraq baş verən vəhşiliyə reaksiyamızı ortaya qoymaq üçün bəzi qərarlar aldıq. Fələstinli qardaşlarımızla həmrəylik üçün ölkəmizdə sabahdan etibarən 3 gün milli matəm elan etdik. Həmçinin sədrlik etdiyimiz İslam Əməkdaşlıq Təşkilatını da fövqəladə toplantıya çağırırıq. Cümə günü səhərdən günortaya qədər fövqəladə iclasımızı keçirəcəyik, günortadan sonra da Yenikapı Meydanında zülmə qarşı izdihamlı görüş reallaşdıracağıq.
Qüdsü itirdiyimiz bir gün olmasına heç vaxt imkan verməyəcəyik.
Bununla yanaşı, Birləşmiş Millətlər Ümumi Kabinetini da təcili olaraq toplanmağa dəvət edirik. İnşallah sabah Türkiyə Böyük Millət Məclisimiz də xüsusi gündəmlə toplanacaq. Həmçinin fələstinli qardaşlarımızla həmrəyliyimizi göstərmək üçün cümə günü atacağımız addımı İstanbulda edərkən, bazar günü də Diyarbəkirdə mitinqlər keçirəcəyik və bu, bir sıra halında davam edəcək. İslam Əməkdaşlıq Təşkilatı kimi Ramazan ayı ərzində üzv ölkələrdə Fələstinli qardaşlarımız üçün yardım aksiyası keçirəcəyik. Məktublarını yazdım, imzalar atıldı və bu məktublar da liderlərə göndərilir”.
Qırmızı Aypara Cəmiyyətin Qəzzada bu gün 100 min dollarlıq təcili yardımı qəbul edərək, Qəzzadakı xəstəxanalara yardımları çıxarmağa başladığını dilə gətirən Ərdoğan, “AFAD və Baş Qərargahımızın koordinasiyası çərçivəsində Qəzzadakı yaralıların evakuasiyası üçün lazımi işlərə başladığını deyib.
Sonda Rəcəb Tayyib Ərdoğan bunları qeyd edib:
“Məsləhətləşmələr üçün Vaşinqton və Təl-Əviv səfirimizi Türkiyəyə çağırırıq. Digər tərəfdən, cənab Abbas və BMT baş katibi başda olmaqla, bir çox liderlə danışıqlar aparacağam. Burada bunu xüsusilə qeyd etmək istəyirəm, bu gün zülmə və haqsızlığa qarşı bəşəriyyətin həmrəylik günüdür, bu gün ağıl sahibi xristian, yəhudi və digər əqidə daşıyıcılarından hər kəsi bu ədalətsizliyə qarşı səslərini ucaltmağa çağırırıq. Bu günün İslam dünyası olaraq Qüdsü itirdiyimiz bir gün olmasına heç vaxt imkan verməyəcəyik. Bütün imkanlarımızla fələstinli qardaşlarımızın yanında olmağı qətiyyətlə davam etdirəcəyik”.