İran İslam Respublikası və Ermənistan arasında imzalanmış yeni anlaşma sənədinə görə, Tehran və İrəvan bacılaşmış şəhərlər oldular.
Azərbaycan Müjdələri bildirir ki, bununla bağlı “Azad İran” “Telegram” kanalı açıqlama yayıb.
Bildirilib ki, Tehran və İrəvan arasında sözügedən sənədin imzalanma mərasimi bu gün, yanvarın 18-də Tehran meri Əlirza Zakani, İrəvan meri Sarkisyan və Ermənistan səfiri Arsen Avaqyanın iştirakı ilə Tehranın “Milad Tower” konfrans mərkəzində keçirilib.
Mərasimdə çıxış edən Zakani deyib: “İran İslam Respublikasının tutarlı siyasəti qonşu ölkələrlə əlaqə, əməkdaşlıq və mehriban qonşuluq yaratmağa istiqamətlənib. Ermənistanın da İranın nəzərində özünəməxsus yeri var və biz iki ölkə arasında əlaqələrin genişlənməsində maraqlıyıq”.