Salaha final oyunu öncəsi oruc fətvası verildi

Mayın 26-da Çempionlar Liqasında “Real” (İspaniya) və “Liverpul” (İngiltərə) arasında mövsümün final oyunu keçiriləcək.

Mujde.az xəbər verir ki, “Liverpul”un misirli futbolçusu Məhəmməd Salahın oruc olduğu üçün ölkəsinin din adamları fətva verib. Fətvada bildirilib ki, Salah orucunu qəzaya buraxa bilməz: “Quran”da futbolçuların orucdan azad olacağı ilə bağlı ayə yer almır. İdmanla məşğul olmaq ağır işlərdən sayılmır”.

Qeyd edək ki, final qarşılaşması Ukraynada baş tutacaq. Ukraynada mayın 26-da iftar saatı oyundan yarım saat öncə olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir