Rəsmi: Düşmənin 2300 Nəfərədək Canlı Qüvvəsi Məhv Edilib

İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı gərgin döyüşlər davam edir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, ibununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb.

Sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və başqa zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Dünən gedən döyüşlər ərzində Xocalı rayonunun Şuşakənd ərazisində düşmənin 1 S-300 zenit-raket qurğusu sıradan çıxarılıb.

İtirilmiş mövqeləri geri qaytarmaq üçün Madagiz istiqamətinə əlavə qüvvələr toplayan düşmən sentyabrın 30-u səhər saatlarından başlayaraq hücuma çalışıb. Düşmənin bu çalışmasının qarşısı alınır və onun müqavimətinin qırılması üçün qoşunlarımız əks-həmlə əməliyyatı keçirir.

İndi bütün cəbhə boyu hərbi əməliyyatlar davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.