Yanvarın 20-dən indiyə qədər Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birgə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı nəticəsində 3089 terrorçu zərərsizləşdirilib.
Azərbaycan Müjdələri Anadolu agentliyinə istinadən bildirir ki, bu sözləri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilmiş toplantıda çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə prezidenti bildirib ki, Afrin bölgəsində 800 kvadratkilometr ərazi terrorçulardan təmizlənib. Türkiyə “Fərat qalxanı” əməliyyatı nəticəsində 2 min kvadratkilometr ərazini terrorçulardan azad edib. “Zeytun budağı” əməliyyatı nəticəsində də 2 min kvadratkilometr olan Afrin bölgəsi PYD/YPG terrorçularından təmizlənəcək. Nəticədə Afrinə ən azı 140-150 min, bəlkə də 200 min insan qayıda biləcək.