“Qarabağ” FK bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində Polşanın “Legiya” klubu ilə qarşılaşıb.
Komandamız ardıcıl yeddinci dəfə Avropa Liqasının qrup mərhələsinə düşmək üçün meydana çıxdığı oyunda rəqibinə darmadağınla qalib gəlib.
Ağdam təmsilçisi 3 cavabsız qolla qələbəni və qrup mərhələsinə vəsiqəni təmin edib.
Oyunun 50-ci dəqiqəsində Patrik Andrade hesabı açıb. 62-ci dəqiqədə Abdullah Zubir komandasının ikinci qolunu vurub. Filip Ozobiç isə 70-ci dəqiqədə 3-cü qola imza atıb.
Bu qələbə sayəsində “Qarabağ” 7-ci dəfə Avroliqanın qrup mərhələsinə yüksəlib.
Oyundan sonra Ağdam komandasının futbolçuları bir yerə yığışıb və əllərində Azərbaycan bayrağı ilə əsgər salamı verib.