“Qəbələ”nin sabiq futbolçusu “Dinamo”da

Qəbələ”nin sabiq hücumçusu Daniel Subotiçin yeni klubu bəlli olub.

Mujde.az xəbər verir ki, 30 yaşlı futbolçu karyerasını Rumıniyada davam etdirəcək. İsveçrəli forvard Buxarestin “Dinamo” klubu ilə müqavilə imzalayıb.

Qeyd edək ki, Subotiçin son klubu Qazaxıstanın “Şaxtyor” (Karaqanda) komandası olub. O, 2013-2014 və 2017-ci illərdə “Qəbələ”də oynayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir