“Heydər Əliyevin istəyi o idi ki, Azərbaycan mətbuatı müstəqil olsun”.
Mujde.az xalq.az – a istinadən xəbər verir ki, bunu “Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı” mövzusunda keçirilən konfransda Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev deyib.
PA rəsmisi qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin adı Azərbaycanın tarixinə qızıl hərflərlə həkk olunub: “Onun gördüyü işlər Azərbaycanın uğurlu inkişafının əsasını qoyub. Heydər Əliyevin istəyi o idi ki, Azərbaycan mətbuatı müstəqil olsun, bütün səylərini də buna yönəldirdi. Günümüzdə də dövlətin mətbuat üzərində hər hansı nəzarəti yoxdur. Ümumilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan media siyasəti bu gün də uğurla davam edir”.