Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir.
Bununla bağlı Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Azərbaycanın işğal olunmuş ərazilərində durumun kəskinləşməsinə münasibət bildirərkən bəyan edib.
Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasındakı hərbi toqquşmalar bölgədə xalqların dincliyinə və rifahına biganə olmayanların hamısını rahatsız edir. Bu səbəbdən bölgədə durumun gərginləşməsini və insan tələfatını böyük ağrı ilə izləyir.
“Mənim mövqeyim aydındır, ərazi bütövlüyü prisipinə əsaslanır. Buna görə Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və heç bir şey bunu dəyişdirməyəcək”, – deyə o vurğulayıb.
Gürcüstanın keçmiş prezidenti bildirib ki, yurd-yuvalarından çıxarılan hər bir şəxsin evlərinə qayıtma hüququ var.
“Gürcüstan üç Qafqaz dövlətinin dost münasibətlərində maraqlıdır”, – deyə M.Saakaşvili vurğulayıb.