Mujde.az Meksika milli komandasının futbolçusu Xesus Qalyardo dünya çempionatları tarixində ən tez sarı vərəqə alan futbolçu olub.
MUJDE.AZ məlumatına görə, 24 yaşlı müdafiəçi DÇ-2018-in F qrupunun 3-cü oyununda İsveçlə matçın 15-ci saniyəsində sarı vərəqə ilə cəzalandırılıb. O, rəqib futbolçu Ola Toyvonenə qarşı kobudluq edib.
Qeyd edək ki, Meksika – İsveç matçında birinci hissə oynanılır və hesab açılmayıb.