Maştağa və Nardaran qəsəbələrində konsertlər keçirilib

Bakı. 5 fevral.Mujde.az Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Maştağa və Nardaran qəsəbələrində 2 fevral – Gənclər gününə həsr olunmuş konsertlər keçirilib.

Mujde.az-ın xəbərinə görə, aparıcı Humay Muxtarova konsert iştirakçılarını Gənclər günü münasibətilə təbrik edib. O xatırladıb ki, 1996-cı il 2 fevral tarixində gənclərin 1-ci forumu keçirilib, 1997-ci ildən isə Prezident Heydər Əliyevin sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər günü kimi qeyd olunmağa başlanıb. Həmin tarixdən etibarən hər il ölkədə bu bayram geniş qeyd olunur.

H.Abbasov adına Mədəniyyət Mərkəzində gənc müğənni Mina Hüseynin, Nardaran qəsəbə klubunda isə tanınmış müğənni İzzət Bağırovun ifasında konsert proqramları təqdim olunub. Konsert zamanı onlar müxtəlif musiqi nömrələri ilə çıxış ediblər.

Konsertlərdə həmçinin tanınmış müğənnilər Emil Bədəlov, Tərlan Novxanı, Ələkbər Yasamallı, Asif Məhərrəmov və rəqqasə Kəmalə Səfərəliyevanın çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonda konsertlərdə iştirak edən fəal gənclərə Baş İdarənin tərəfindən təşəkkürnamələr təqdim olunub.Mujde.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir