“Mən sənətdə Röyadan böyüyəm” – Mətanətdən İDDİALI AÇIQLAMA – FOTO

Tarix Əliyevin (Tolik) rəsmi Youtube kanalında aparcılığını etdiyi “Tarix ilə səmimi” verilişinin qonağı olan Mətanət Əsədova əməkdar artist Röya Ayxanı o ki var tərifləyib.

Mujde.az xəbər verir ki, sənətçi Röyanı özündən böyük sənətçilərə hörmətlə yanaşdığını qeyd edib.

Mətanət Əsədova əməkdar artistin ondan daha tələbatlı olduğunu da etiraf etməkdən çəkinməyib:

“Röya hər zaman özündən böyüklərə hörmətlə yanaşıb. Bu gün Azərbaycanın iki, üç ulduzu varsa, onun biri Röya xanımdır. Allah ondan da uca eləsin. Mən yaşda da, sənətdə də ondan böyüyəm. Biz məclislərdə rastlaşanda, o, məni görəndə deyir “Mətanət xanım bağışlayın da”. Onunla əskilmir o. Məndən qabaqdadır e o insan. O, reklamda da, hər şeydə də məndən qabaqdadır bu dəqiqə. Əgər onu o kiçiklik edib deyirsə, mən onu böyüdən valideyinlərə “Əhsən!” deyirəm”.  


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.