Çeçenistanın rəhbəri Ramzan Kadırov misirli futbolçu Məhəmməd Salaha fəxri vətəndaş adı verib.
Mujde.az xəbər verir ki, Kadırov bu barədə sərəncamı şənbə günü gecə saatlarında imzalayıb. Kadırov bildirib ki, böyük futbolçu, Misir yığmasının və “Liverpul”un üzvünə Çeçenistanın fəxri vətəndaşı adını verib.
Keçirilən təntənəli şam yeməyində Salaha fəxri vətəndaş nişanı təqdim edilib.
“Mən əminəm ki, bizim “Axmat” klubumuz və Misir yığması Qroznı şəhərində yoldaşlıq görüşü keçirəcəklər”, – deyə çeçen lider əlavə edib.