Kəmaləddin Heydərov təcili Zaqatalaya gedib

Mujde.az Femida.az-a istinadən bildirir ki, Zaqatala rayon icra başçısının I müavini, fövqəladə hallar komissiyasının sədri Tofiq Əhmədov  bu barədə məlumat verib.

O bildirib ki, çatlar yaranan binaların qəzalılıq dərəcəsini FHN-nin komissiyaları müəyyən edir. T.Əhmədov baş vermiş zəlzələ ilə əlaqədar fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rayona gəldiyini deyib.

“Fövqəladə hallar naziri Kəmaləddin Heydərov əraziyə baxış keçirəcək. Ciddi dağıntı yoxdur, sadəcə təsərrüfat tikililərinə, vətəndaşlara məxsus həyatyanı sahələrin divarlarına zərər dəyib, uçma halları var. Zaqatalada həyat normal axarı ilə davam edir, heç bir ajiotaj, panika yoxdur”.

Mujde.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir