İsrail sel suları altında qaldı – Video

Mujde.az Eastnews.org-un verdiyi xəbərə görə, İsrail rejiminin nəzarəti altında olan cənub və şimal bölgələrdə səhər başlayan leysan yağışları ölkənin bir çox nöqtəsində selə səbəb olub.
Seldən ən çox əziyyət çəkən cənub bölgəsindəki Sderot şəhərinə 2 saat ərzində hər kvadratmetrə 49 millimetr yağış düşüb.

Paytaxt Təl Əviv leysan yağışından ziyan görməyib. Aşkelon şəhəri 20 dəqiqə ərzində sel sularına təslim olub. Leysan yağışlarının çox olmadığı cənub bölgəsində elektrik fasilələri baş verib. Onlarla nəqliyyat vasitəsi sel suları altında qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir