Böyük Britaniya həkimləri insan orqanizmi üçün ən xeyirli qidaların adlarını açıqlayıblar.
Mujde.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, həkimlərin fikrincə, bəzi qidalar insana özünü xoşbəxt hiss etməyə, digərləri ona bir çox xəstəliklərlə mübarizə aparmağa kömək edir.
Bunların içində selderey və fıstıq yağı birinci yerdədir. Seldereyin tərkibində apiqenin maddəsi var. O, antidepressant kimi çıxış edir. O, stressi və həyəcan hissini azaldır, uzun müddətli sakitləşdirici kimi təsir göstərir.
Fıstıq yağı beyin funksiyası üçün lazım olan zülal və yağlar ilə zəngindir. Sağlam qidalar siyahısına qurudulmuş manqo, avokado, toyuq yumurtası, qoz-fındıq, çovdar krekeri, kahı, şokolad da aiddir.
Mütəxəssislərə görə, pəhriz zamanı hər gün xüsusi qidalar yeyilərsə, bədəndə öz-özünü tənzimləmə və təmizləmə prosesi başlayır, bunun nəticəsi olaraq qan durulaşır və beynin qan dövranı yaxşılaşır. Metabolizm balanslaşmış səviyyədə olur.