Azərbaycanda Ramazan bir neçə gündür ki, davam edir. Ən az 16 saat oruclu olduğunuz üçün düzgün qidalanma mütləqdir:
Mujde.Az axşam.az-a istinadən iftar üçün hazırlaya biləcəyiniz bir neçə təamı təqdim edir.
Ət qovurması
Tərkibi:
Dana əti – 3 kq
Quyruq yağı – 250 qr
Duru yağ – 1 stəkan
Duz
Bəzədilməsi üçün:
Xiyar turşusu
Acı bibər turşusu
Kəklikotu
Hazırlanması:
Dana əti quş başından bir az daha böyük formada doğranır. Ət yağla birlikdə tavada yumşalana kimi bişirilir. Quyruq yağı ayrı bir tavada əridilir. Qovurmanın bişməsinə bir neçə dəqiqə qalmış duz və ərimiş quyruq yağı əlavə olunur. Bişdikdən üzərinə kəklikotu gəzdirilir. Xiyar və acı bibər turşusu ilə bəzədilir.
Şorba
Tərkibi:
1 fincan düyü
2 ədəd limon suyu
1 stəkan un
2 çömçə qatıq
4 ədəd kartof
1 yemək qaşığı nanə
3 çay qaşığı duz
1 ədəd yumurta
2 yemək qaşığı marqarin
8 su stəkanı sümük suyu və ya su
Hazırlanması:
Sümük suyunu və ya suyu qaynadın. Yuyulmuş düyünü əlavə edib, bişirin. Un, limon suyu, qatıq və yumurtanın sarısını az miqdarda su əlavə edərək çırpın. Qaynamaqda olan suya yavaş-yavaş əlavə edərək, davamlı qarışdırın. Özünə gələnə kimi bişirin. Əridilmiş 2 yemək qaşığı marqarini nanə ilə qızardıb, şorbanın üzərinə səpin. Kiçik kublar halında doğranmış kartofları duru yağda qızardıb, süzün və şorbaya əlavə edin. Duz əlavə edib, ocaqdan alın.
Şokolad Toplar
Tərkibi:
Peçenye – 350 qram
Kərə yağı – 125 qram
Südlü şokolad – 90 qram
Qovrulmuş badam -1/2 su fincanı
Toz şəkər – 4 yemək qaşığı
Süd – 1/2 su fincanı
Kakao – 3 şəkər qaşığı
Təqdimati üçün:
Kokos – 1 fincan
Hazırlanması:
Peçenyeləri əlinizlə qırın. Kərə yağını əridin. Şokoladı və şəkəri əlavə edib, qarışdırın. Şəkərin tam əridiyindən əmin olun. Damaq dadına görə şəkəri az və ya çox da edə bilərsiz. Bu qarışıma peçenyeləri əlavə edərək, qarışdırın. Daha sonra xəmir halında olan bu qarışımdan kiçik toplar düzəldin. Kokosa batırıb, qablara düzün.
Mujde.az