Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev “Minsk 2019” II Avropa Oyunlarının 1/4 final görüşündə də qələbə qazanıb.
Mujde.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 final görüşündə Belarus təmsilçisi George Kolievi 7:5 hesabı ilə məğlub edib.
Bu qələbə ilə idmançımız yarımfinala yüksəlib.