Gəncədə AXC-nin 100 illik yubileyinə həsr edilmiş beynəlxalq konfrans keçirilib

“Azərbaycan qadınının seçki hüququ: tarix və müasir qadın hərəkatı” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfrans Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Konfrans iştirakçıları öncə ümummilli lider Heydər liyevin abidəsini ziyarət edərk abidə önünə gül dəstələri qoyublar. Sonra qonaqlar Heydər liyev Mərkəzi ilə yaxından tanış olublar. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, Prezident İlham liyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi tarixi hadisədir. Ölkə başçısının bu təşəbbüsü və qərarı Azərbaycan xalqının dövlətçilik ənənələrinin qədimliyinə, zənginliyinə, dövlətçilik tariximizə verilən yüksək dəyərin bariz nümunəsidir. Azərbaycan hələ 100 il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktik fəaliyyətində belə onları təmin edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ölkə başçısı tərəfindən bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini Prezident səviyyəsində dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisi olduğunu diqqətə çatdırıb. Komitə sədri vurğulayıb ki, 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadına kişilərlə bərabər seçkilərdə iştirak etmək hüququ verilib. Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra da mülki cəmiyyətin inkişafında və müstəqil dövlətin qurulmasında qadınların rolu artmağa başlayıb. Bu gün ölkə rəhbəri tərəfindən imzalanan sərəncam və fərmanlara əsasən Azərbaycan qadınlarının hüquqlarının qorunmasına dair qanunvericilik bazası yaradılıb və tam həcmdə fəaliyyət göstərir.

Tarix elmləri doktoru Dilarə Seyidzadə 100 il bundan əvvəl müsəlman Şərqində demokratik cümhuriyyətin qurulduğu, özü də ilk dəfə məhz Azərbaycan xalqı tərəfindən yaradıldığını diqqətə çatdırıb.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova “Seçki hüququ-fundamental insan hüququdur” mövzusunda danışarkən qeyd edib ki, seçki hüququ vasitəsilə xalq öz suveren hüquqlarını həyata keçirir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi məhz Azərbaycanda mövcud olub.

İstanbul və Yedditəpə universitetlərinin professoru İbrahim Yıldırım çıxışı zamanı bildirib ki, Azərbaycan əsilli bir ailənin övladıdır. İbrahim Yıldırım Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən tədbirə qatılmaqdan məmnunluğunu dilə gətirib. Professor bildirib ki, Azərbaycan demək Gəncə deməkdir.

Konfransda BDU-nun “Azərbaycan tarixi ” kafedrasının dosenti Lətifə liyeva “Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlar”, AMEA-nın Tarix İnstitutunun “Qafqaz tarixi” şöbəsinin müdiri İradə Bağırova “Azərbaycanda İstiqlal aktının elan olunması tarixi”, AMEA-nın Tarix İnstitutunun “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi” şöbəsinin aparıcı elmi işçisi Kamran İsmayılov “Azərbaycan Xalq Cümhuriyyəti və gənclik”, AMEA-nın Tarix İnstitutunun “Azərbaycanın Sovet dövrü tarixi” şöbəsinin müdiri İlqar Niftəliyev “1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qarabağ bölgəsində erməni separatçılığı”, Gəncə Dövlət Universitetinin “Ümumi tarix” kafedrasının baş müəllimi Nərgiz Rəsulova “Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü”, Azərbaycan Dövlət Aqrar Universitetinin “İctimai elmlər və multikulturalizm” kafedrasının baş müəllimi Samirə Qasımova “Gəncə – müsəlman Şərqində ilk Demokratik Respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı”, Azərbaycan Texnologiya Universitetinin “Qida mühəndisliyi və ekspertiza” kafedrasının baş müəllimi Ulduz Babayeva “Ulu öndər Heydər liyev və Azərbaycan Xalq Cümhuriyyəti” mözularında məruzələrlə çıxış ediblər.

Beynəlxalq elmi-praktik konfransda “Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlar” adlı film nümayiş etdirilib.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə respublikanın ictimai siyasi, sosial mədəni həyatında fəallıq göstərən qadınlar, həmçinin Gəncə,Yevlax, Mingəçevir, şəhərlərinin, Ağdam, Bərdə, Tərtər, Samux, Göygöl, Şəmkir və Kəlbəcər rayonlarının icra hakimiyyəti başçılarının müavinlərinə “Diplom” lar təqdim olunub.

Sonda konfrans iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, qonaqlar Gəncə şəhərinin görməli yerlərində olub, Heydər liyev adına meydan, Miniatür Kitab Muzeyinin Gəncə filialı, Məhsəti Gəncəvi Mərkəzi, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyət göstərdiyi tarixi bina, Nigar Rəfibəylinin abidəsini ziyarət ediblər.

Həmçinin konfrans iştirakçıları Gəncə Dövlət Filarmoniyasında yerli musiqiçilərin iştirakı ilə konsert proqramını izləyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir