Gəncə-Sankt-Peterburq və Sankt-Peterburq-Gəncə reysləri yubanır

Gəncə-Sankt-Peterburq və Sankt-Peterburq-Gəncə reysləri yubanır.

Mujde.az-ın məlumatına görə, bu barədə AZAL-ın “Facebook” səhifəsində yayılan məlumatda deyilir.

“AZAL-ın J2-122 və J2-020 reysləri ilə səyahət edən sərnişinlər üçün məlumat.

Hava gəmisinin texniki nasazlığı ilə əlaqədar olaraq AZAL-ın J2-122 Gəncə (VKO) – Sankt-Peterburq (LED), həmçinin həmin təyyarə ilə yerinə yetirilməsi planlaşdırılan J2-020 Sankt-Peterburq – Bakı reysi yubanır.

Reysin 5 saatdan çox yubanması ilə əlaqədar olaraq, aviaşirkətin qaydalarına əsasən yubanan reysin sərnişinləri lazımi hər şeylə, o cümlədən isti yeməklə təmin olunacaq.

Yaranan narahatlığa görə üzr istəyirik”, – məlumatda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir