Fransa Prezidenti Emmanuel Makron Kürdlərə Yardım üçün Suriyaya Qoşun Göndərir

 

Fransa hökuməti Suriya kürdlərinə yardım məqsədilə Münbiç bölgəsinə qoşun göndərilməsi haqqında qərar qəbul edib.

Azərbaycan Müjdələri bildirir ki, bunu “Parisien” qəzeti “Suriya Demokratik Güclərinin” (SDF) Parisdəki elçiliyinə qaynaqlanaraq yayıb.

Martın 29-da SDF elçiliyi Fransa prezidenti Emmanuel Makronla görüşüb. Elçiliyin başçısının sözlərinə görə, Makron, ən yaxın zamanda Münbiçə Fransa ordusunun özəl təyinatlı bölməsinin göndəriləcəyinə söz verib.

Döyüşçülərin sayıyla bağlı bilgilər verilmir. Xəbərdə vurğulanır ki, Fransalı özəl təyinatlılar əməliyyatları ABŞ-ın döyüş komandanlığı ilə birlikdə aparacaq.

Bundan öncə Türkiyə güvənlik şurası kürd özünü-qoruma güclərinin Münbic bölgəsini dərhal boşaltmasını tələb edib.

Ankara xəbərdar edib ki, yaraqlılar bölgədən çıxmazsa, Türkiyə MünbiçdəZeytun budağı”na bənzər irimiqyaslı əməliyyata başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir