ERMƏNİPƏRƏST DÜNYA

Dilin lal olsun,
Gözün kor olsun,
Gözün kor olsun,

DÜNYA!

            1813-1828-ci illərdə Gülüstan və Türkmənçay müqavilələri ilə tarixi torpaqlarımız Rusiya və İran arasında bölündü. Bununla da Azərbaycanın qara günləri başlandı. Ötən zaman kəsiyində xalqımıza-dövlətimizə qarşı ağlagəlməz təxribatlar, terrorlar, soyqırımlar törədildi. Humanizm prinsiplərinə söykənərək nə böyüklükdə insanlıq nümayiş etdirsək də mənfur düşmən və havadarları öz alçaq əməllərindən əl çəkmədilər. Və, təəssüflər olsun ki, bu gündə bu iyrəncliklər davam etdirilir.

           Vaxtilə Azərbaycanın dilbər guşələrindən biri hesab edilən Dağlıq Qarabağda ermənilərin məskunlaşdırılması, qədim İrəvan xanlığı ərazisində Ermənistan dövləti yaradılması bu mənfur milləti yenə qane etmədi. SSRİ dönəmində durmadan azərbaycan torpaqlarının əlimizdən alınaraq onlara verilməsi, insanların öz tarixi ata-baba yurdlarından deportasiya olunaraq qovulması və həmin ərazilərin erməniləşdirilməsi yenə onlara azlıq etdi.

            1988-ci ildən başlayaraq torpaqlarımıza qarşı növbəti dəfə təcavüzə başlayan ermənilər yenə öz havadarlarının köməkliyi ilə ermənistandakı aərbaycanlıları tamamilə qovub çıxardılar və Dağlıq Qarabağ ətrafında daha yeddi rayonu işğal etdilər.

            Ötən təxminən 30 ildə həmin əraziləri tamamilə dağıtdılar, istismar etdilər. Sayagəlməz qədər insanları, uşaqları-ahılları qətlə yetirdilər. Arxayinlaşmayan düşmən yenə sakit oturmadı. Ərazilərini genişləndirmək məqsədilə IV-2016-cı ildə təxribat törətdilər, 12.06.2020-ci ildə yenə torpaqlarımıza soxulmaq istədilər və geri oturduldular. Növbəti dəfə 27.09.2020-ci ildə hücuma keçdilər və bu dəfə müzəffər ordumuz, eləcə də Ali Baş Komandan, baş sərkərdəmiz İlham Əliyev cənabları qatı düşməni cəzalandırmaq üçün əks hücuma keçdi, Vətən Müharibəsi başlandı və Görünən Görüntü möhtəşəmdir. Qələbə, qələbə ardınca davam edir. Mənfur düşmən nələri əldə edibsə geri qaytarmağa məcbur edilir, texnikaları, döyüş sursatları məhv edilir və ələ keçirilir, düşmənə sarsıdıcı zərbə endirilərək uzun illərdən bəri yığılmış nifrətimizlə düşmənə layiq olduğu cəza verilir, geri oturdulur.

           Aciz vəziyyətə düşmüş düşmən dinc əhalini dünyanın qəbul etmiş olduğu konvensiyalara zidd silahlarla, raketlərlə  atəşə tutur, qətmanlar törədir. Bütün bunlar isə dünya birliyinin gözü qarşısında baş verir. Dünya dövlətləri ikili siyasət yeridir, susur. BMT-nin qəbul etmiş olduğu 4 qətnamə, ATƏTİN Minsk qrupunun 28 illik fəaliyyəti “sıfır” şkalasında dayanır. Dövlətimizə qarşı xain mövqedə dayanmış ölkələr “meyit qədər” soyuqqanlıqla nə dinir, nə danışır. Dilləri lal, qulaqları kar, gözləri kor olub.

Bütün bunlar isə Azərbaycan ordusunun heç vaxt ağıllarına gəlməyən nailiyyətlərindən yaranmış şok səbəbindəndir. Əslində isə bu dünya ölkələri yatmadan ermənilərə humanitar yardım adı altında silah-sursat göndərir, muzdlu əsgərlər yollayır, döyüş planları hazırlayırlar. Bir sözlə ilana ağı verən kərtənkələ rolunu oynayırlar. Ona görə də ilanın başını əzərək dayanmadan irəliləmək lazımdır.

İnsanlıqdan kənar mənfur düşmən isə sabah beynəlxalq məhkəmələr qarşısında cavab verəcəklərini ağıllarına gətirmədən durmadan Gəncə şəhərini, Mingəçeviri, Tərtər, Ağcabədi, Ağdam  və digər rayonlarımızı atəşə tutur, dinc əhali məhv edilir. Yırtıcı heyvani xislətli düşmən münaqişəni genişləndirmək məqsədilə Rusiyanı, Türkiyəni və digər ölkələri cəlb etmək istəyir ki, bununla da dünyanı qarışdırsın.

Deyək ki, bu belə oldu. Rusiya Ermənistanı hərbi cəhətdən dəstəklədi, – bunun heç bir dəyişikliyə gətirəcəyi Rusiyaya aydındır və ona görə də əslində bu heç vaxt baş verməyəcək. Hətta birmənalı ermənistanda 5000 nəfər Rusiya qoşunu olmasına baxmayaraq yenə baş verməyəcək. Səbəblər aydındır. “Yetimə can-can deyən çox olar, çörək verən az ” məsəlinə istinadən deyək ki, Fransaya güvənir. Hərbi baxımdan bu kömək də baş verməyəcək. Erməni kimi düşünülsə deyək ki, Rusiya və Fransa kömək etmək istədi. Başqa hansı dövlət hərbi cəhətdən ermənistana dəstək ola bilər?…-heç biri.

Azərbaycan ordusu isə bu gün olduqca güclü-möhtəşəmdir. Sonra götürək türk qardaşlarımızı, – daimi xilaskarımızı, hansı ki NATO-da hərbi gücünə görə 2-ci yerdədir. Dünya onların gücünə bələddir. Daha sonra birmənalı Pakistan dostluğumuzu qeyd edə bilərik. Bütün bunlar isə Ermənistan, – Rusiya,- Fransa birləşməsi olacağı halda qat-qat kifayət edər.

Daha sonra ölkəmizin dostları siyahısına Gürcüstanı, İsraili, Ukraynanı, Əfqanıstanı, Litvanı və i.a cəlb olunsa onların aqibəti necə olacaq?!…

Nəzərə alsaq ki, bu gün dünya birliyinin-ölkələrinin, ən azı həmin ölkələrdə ayrı-ayrı qüvvələrin münasibəti haqq işimizə yönələrək müsbət mənada dəyişməkdədir. Hər kəs həqiqəti dərk etməyə başlayıb, hətta bizə düşmən olan ölkələr, onda nələrin baş verəcəyini aydınca görmək olur.

Daha sonra əsas bir məqam ki, ermənilər blokada şəraitindədirlər, kim onlara kömək edə biləcək, yaxud köməyə necə gələcək?…

Ermənistanın ətrafındakı dövlətlər də onlardan narazıdırlar. Olsa, İran dövlətinə ümid edə bilərdilər ki, son görüntülər onu göstərir ki, İrana da güvənməsinlər! Hava yolu ilə isə yenə kömək ediləcəyi “sıfıra” bərabərdir. Quyuya su tökməklə sulu olmaz.

Ermənistanın rezervləri tükənib, sabah özləri-özlərini məhv edəcəklər. Lobbiləri də sabah onlara kömək göstərməyəcək. Pul yox, perspektiv yox, sabah görünmür, – bu ermənistan kimə gərək olacaq. “İtə deyirlər nəyə görə hürürsən? – deyir qorxuzuram, quyruğunu nəyə görə qısırsan, – deyir özüm də qorxuram axı”. Bu gün Ermənistan və havadarları bu vəziyyətdədirlər. Ümumiyyətlə SSRİ dövlətini M.Qarbaçov əslində ermənilərin vasitəçiliyi ilə dağıtdı və bu gün N.Paşinyan ermənistanı dağıdaraq süquta doğru aparır. Ona görə də birmənalı deyirəm ki, ermənilərə kömək edən olmayacaq. Haqq işimizi sona qədər davam etdirməli, Qarabağı geri qaytarmalı və Ermənistana kimi qovub aparmaq lazımdır. Ardınca növbəti mərhələ olaraq dərhal irəliləyərək 1918-ci ildə İrəvan xanlığı ərazisində 2900 m2 km-də yaradılmış ərazini saxlamaqla SSRİ dönəmində haqsızcasına əlimizdən alınaraq Ermənistana birləşdirilmiş Zəngəzuru, Mehri, Qafan, Şəmşəddin, Basarkeçər, Şərur və digər yaşayış ərazilərimizi geri qaytarmalıyıq.

Ağılları başlarına galib özlərini yığışdırıb dinc oturmasalar müqavilə əsasında 1918-ci ildə 100 illiyə verilmiş tarixi Qərbi Azərbaycan torpaqlarımızı geri almağa haqqımız yaranar. 207 illik ləkəni təmizləyərək öz torpaqlarımızın sahibi özümüz ola bilərik. Buna isə bir həmlə kifayət edər. Tarix boyu dünyaya özlərini “yazıq” kimi tanıdan bu tayfa öz layiqli cəzasını almış olar. Heç nəyə baxmadan bu cür irəliləməliyik.

Qeyd etdiyim fikirlərim özünü doğrultmayıb Rusiya, Fransa və daha hansı isə dövlətin Ermənistana hərbi dəstək cəhdi olarsa bu həmin ölkələrin özlərinin məhvə məruz qalacağı ilə nəticələnər. “Nə tökərsən aşına, o da çıxar qarşına”, – hansı ki, bu bütün dünyanın gözləntisidir. Bunları yaxşı anlayan ölkələr isə erməniyə görə bu addımı atmazlar.

Bir fikrimi də qeyd edərək bildirim ki, bu gün erməni nökərçiliyindən, riyakarlığından, alçaqlığından ,iyrəncliyindən, xainliyindən həzz alan, yaxud onlardan nə formada isə faydalananlar ermənilərin iç üzünü yaxından görəcək, gərəksiz olduğunu anlayacaq və Azərbaycan istiqamətinə səmt alaraq yaxınlaşmağı arzulayacaqlar. Onu da anlayacaqlar ki, bu tayfa harada yaşayırsa oradan da torpaq iddiası irəli sürə bilərlər və hətta sürürlər.

Müzəffər Ordumuz və Ali Baş Komandan, Prezident İlham Əliyev cənabları bu gün müasir tariximizə anba-an yeni-yeni qəhrəmanlıq səlnamələri yazırlar.

Zəfər bayrağımızı Xankəndinə, Şuşaya, tarixi torpaqlarımıza sancacağımız gün uzaqda deyil. Qəhrəman xalqımız inamla haqq işimizi sona çatdıracaqdır! Onda şəhidlərimizin ruhu rahatlıq tapacaq, torpaq bizlərə halallığını bəxş edəcəkdir.

Uğurlar olsun, Qələbə əzmi ilə.

Qarabağ Azərbaycandır!

P.S.

İnsanlıqdan uzaq, şərəf və ləyaqətin nə demək olduğunu anlamayan tarixi düşmənimiz mənfur ermənilər durmadan xalqımıza qarşı qətliamlar törətdilər, torpaqlarımıza qarşı təcavüzlər etdilər, daim qan tökdülər, uçurub-dağıtdılar.

Heç vaxt ağıllarına gəlib,- anlamadılar ki, insan qurub-yaratmaqdan, ucaltmaqdan ötrü xəlq edilibdir. İnkişafa töhvə vermək, dünyanı gözəlləşdirmək insanın amalı, – əqidəsi olub.    

Bu yırtıcı xislətli tayfa isə daim qan töküb, həm özləri qırılıblar hə də ki, soydaşlarımızı həlak ediblər. I-ci Qarabağ Müharibəsində minlərcə ər igidlərimizi həlak etdilər, hansı ki, dünyaya öz töhvələrini verərək inkişafa-irəliyə apara bilərdilər. Bu qaniçənlər şəhid dərdi nədir, anaların gözlərinin qapıda qalması nədiri anlamadığından öz alçaq əməllərindən əl çəkmir, bu gün də bu qanlı yoldan çəkilmirlər. Vətən həsrəti, yurd yanğısı minlərcə insanların qəlbində alov tək yanaraq şölələnib ərşə çatmışdır.

Azərbaycan Respublikasının I Vitse Prezidenti Mehriban xanım Əliyeva hətta erməni analarına müraciət edərək sonralar gözləri yolda qalmasın deyə övladlarını işğalçı ermənistanın siyasətinə qurban verməmələrini tövsiyyə etmişdir.

Mən də “Ananın” gözlərinin yolda qalmasını illərcə izləməli olmuşam. Mərhum nənəm Sona xanım Vəliyeva 1941-45-ci il Böyük Vətən Müharibəsindən qayıtmayan oğlu (dayım) Bayram Əbdürəhman oğlunun yolunu 1977-ci ildə dünyasını dəyişənəcən hər gün gözlədiyini və hətta son anında belə qapıya baxdığını bui gün çox böyük iztirabla xatırlayıram.

Bəli, minlərcə anaların gözü qapıda qalıb.İnsanlar varki,”hətta əzrayılada can vermirlər.Deyirlər.öz yurduma-yuvama getməyincə məni apara bilməzsən”-bacarırsan səndə kömək et yurduma qayıdım. Dünyalarını dəyişənlərin isə ruhu rahatlıq tapa bilmir.

Ona görə də Dünya İctimaiyyəti Azərbaycanın haqq işini dəstəkləməli, müharibəni Azərbaycanın xeyrinə dəyişdirməli və erməniləri 1918-ci ildə humanistlik edərək verdiyimiz 2900 km m2 əraziyə qovulub çıxarılmasını təmin  etsinlər. Mütərəqqi dünya terroru, işğalçı Ermənistanı dayandırılmalı, öz yerinə oturtmalıdır. Bunun dünya üçün də böyük əhəmiyyəti var.

Bu haqqın zəfər çalması, şəhidlərin ruhunun rahatlıq tapması, anaların gözlərinin qapıdan yığılması Dünyada əmin-amanlığın təminatı olar.

Bu gün xoş müjdələri xalqımıza çatdıraraq deyirik, Gözünüz aydın olsun; Vətən başın uca olsun; Ali Baş Komandamız İlham Əliyev cənabları, – Qəhrəman Ordumuz möhtəşəm qələbələrimiz mübarək olsun, əbədi olsun!

Xalqımızın birliyi var olsun, Dostlarımız sağ olsunlar.

Qarabağ Azərbaycandır!
Qələbə bizimlədir!

  15.10.2020

Səmədov Qorxmaz      

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir