“Dünya gözəli” qəbiristanlığın yanında öldü

“Dünya gözəli-2018” gözəllik müsabiqəsinin qalibi Saniya Şakirova Qırğızıstanda yol qəzasında ölüb.

Bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə İssık-Kul vilayətində baş verib. S.Şakirovanın olduğu taksinin sürücüsü idarəetməni itirib və avtomobil qəbristanlığın divarına çırpılıb.

Qəza nəticəsində S.Şakirova həyatını itirib.

Şakirovanın 30 yaşı vardı, onun 3 yetkinlik yaşına çatmayan övladı qaldı.

Mujde.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir