Dubayda 80 min bitkidən “yaşıl divar” qurulub

Dubayda Yaxın Şərqdə ən böyük “yaşıl divar” qurulub.
Mujde.az BƏƏ KİV-lərinə istinadla xəbər verir ki, bu divar Dubay buxtasında, tarixi “Dubai Wharf” sahil zonasının yaxınlığında yerləşir. “GoverHorticulture” şirkətinin yaşıllaşdırma üzrə mütəxəssisləri tərəfindən layihələşdirilmiş və məşhur “DubaiProperties” şirkəti tərəfindən yaradılmış divarın uzunluğu 210 metr, hündürlüyü 6 metrdir. Hazırlanmasına 80 mindən çox bitki sərf edilmiş bu divarın ekoloji üstünlükləri ondan ibarətdir ki, o, Əmirliyə xas olan qızmar isti iqlim şəraitində oksigen buraxır, habelə yerli sakinlərin və turistlərin gözlərini oxşayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.