Cökə ağacı, xüsisən çiçəkləri 101 dərdin dərmanı hesab olunur. Cökə çiçəklərini (lipa adlanır) aptekdən, müalicəvi bitkilər satılan yerlərdən əldə edə bilərsiniz.
Mujde.Az medicina.az-a istinadən tərkibi faydalı maddələrlə, xüsusən təbii salisilllə zəngin cökə çiçəyinin sağlamlığınıza 30 faydasını təqdim edir:
-Şişkinlik, ödem, qaşınmanı aradan qaldırır
-Orqanizmdə iltihabi ocaqları söndürür
-Tərqovucu, qızdırmasalıcı
-Tərkibində çox miqdar vitamin C, kalsiy, maqniy olduğundan immuniteti möhkəmləndirir
-Öskürəkdə yumşaldıcı, bəlğəmgətiricidir
-Həzmi yaxşılaşdırır
-Sinir, əsəb sistemini sakitləşdirir
-Qanda şəkəri salır
-Sidik yolları və kisəsi iltihabı və bakterial xəstəliyi müalicə edir
-Arıqladır, maddələr mübadiləsini aktivləşdirir
-Ağrıkəsici, spazmaqolikdir Müxtəlif baş ağrılarını, əzlə-oynaq ağrılarını sakitləşdirir
-Bu bitkini qadın çiçəyi də adlandırırlar, çünki bu çiçəklərdə fitohormonlar vardır ki, qadın hormonları ilə eynidir. Ona görə menstrual tsikl pozuntuları,hormonal disbalans, klimaks problemlərində cökə çiçəyi dəmləməsi içilməlidir.
-Kosmetoloji məqsədlə dəri gözəlləşdirici, cavanlaşdırıcı təsir göstərir.
-Cökə çiçəyi qanın axınını yaxşılaşdırır, ürək, damar, ağciyərləri aktivləşdirir
-Ağızda stomatit, parodontoz, iltihabda qarqara olunur
-Cökə çiçəklərindən şərab, mürəbbə, dəmləmə hazırlanır.
Cökə çiçəklərini alıb, termosda çay kimi dəmləyərək içmək, üzərinə su alıb sonra süzərək cövhərini almaq və ya spirtdə hazırlayıb, üzə dəriyə çəkmək olar.