Çinin “Byton” şirkəti premium sinfinə məxsus yeni elektrik avtomobili üzərində işləyir.
Mujde.az xəbər verir ki, şirkət Şanxayda keçirilən sərgidə “K-Byte” elektrik sedanını artıq təqdim edib.
Avtomobilin xarici görünüşü aqressiv və futuristikdir. Fotolardan görünür ki, konsept LED elementlərlə və qətiyyətli dizayner həlli ilə təchiz edilib. Qapı dəstəkləri isə klassikdir.
“Byton”un üç modeli eyni modul platformasında yığılır. Standart olaraq 272 at güclü elektrik mühərriki ilə təchiz edilib. Daha bahalı modeli isə ümumi gücü 476 at gücü olan iki elektrik mühərriki ilə təchiz ediləcək.