Bu qidalar insan ömrünü uzadır — SİYAHI və FOTOLAR

Qəbul etdiyimiz qidaların insan orqanizminə müxtəlif faydaları var. Amma elə qidalar da var ki, onları müntəzəm qəbul etmək insan ömrünü uzadır.

 

Mujde.az” siyahını oxucularına təqdim edir.

Zeytun

Zeytun yağı qara ciyərə faydalıdır və ağrıları azaldır. Sarılıq keçirənlərə də faydalıdır. Zeytunun yarpağı və qabığı yüksək qan təzyiqini aşağı salır. Eyni zamanda qanda şəkərin miqdarını da azaldır. Bundan başqa bağırsaq soxulcanlarının da tökülməsinə kömək edir.

 

Yulaf

Uşaqların həzm problemini həll edir. Bədənin və ruhun yorğunluğunu çıxarır. Qandakı şəkərin miqdarını azaldır.

Turp

Böyrəklərdəki mikrobları öldürür. Qum və daşların tökülməsinə kömək edir. Qara ciyər şişini azaldır. Sarılıq keçirənlərə faydalıdır. Revmatizma, astma və bronxitə faydalıdır.

 

Lobya 

Uzun yaşamaq istəyən hər kəs lobya yeməlidir. Lobyanın tərkibində estorogen hormonunun təsirlərini azaldan bir maddə var və bu qadın orqanizmi üçün çox faydalıdır. Çünki hüceyrə yenilənməsini sürətləndirən bu hormonunun ifrat istehsalı uşaqlıq yolu və boyun xərçənginə yoluxma riskini artırır.

Soğan və sarımsaq

Yüksək qan təzyiqi və ürək xəstəliyi təhlükəsini azaldır. Soğan mədə xərçənginə yoluxma riskini, sarımsaq isə bağırsaq xərçənginə yoluxma riskini azaldır. Sarımsağın tərkibindəki maddələr hüceyrələrin zədələnməsinin qarşısını alaraq orqanizmi erkən qocalmaya qarşı qoruyur. Sarımsaq həm də immunitet sistemini gücləndirir.

 

Kəvər

Sidikqovucudur. Mədə problemlərinə qarşı yaxşıdır. Qəbzlik keçirənlər üçün faydalıdır. Böyrəklərdəki qum və daşları salır.

 

Badımcan

Qansızlığın qarşısını alır. Qara ciyərin fəaliyyətinə müsbət təsir edir. Arıqlamağa faydalıdır. Böyrək ağrılarını azaldır. Əsəbləri sakitləşdirir. Ürək döyüntülərini azaldır. Dəri xəstəlikləri, şəkər, mədə-bağırsaq və qara ciyər xəstəlikləri olanlara badımcan yemək olmaz.

 

Kartof

Qızardılmış kartof insanı kökəldir. Qızardılmamış kartof həzmi asanlaşdırır, qəbzlilik problemini həll edir. Yorğunluğu azaldır. Tərkibində C vitamini və protein var. Halsızlığa qarşı da yaxşıdır.

 

Kahı

Sümüklərə faydalıdır. Tərkibində kalsium olduğu üçün sümükləri gücləndirir.

 

Göbələk

İmmunitet sistemini gücləndirir. Çinlilər göbələyi dərman kimi istifadə edirlər.

 

Kələm

Xərçəngə qarşı təsirli tərəvəzlərin birincisidir. Tərkibində B, C və E vitamininin miqdarı boldur. Eyni zamanda kələmin tərkibində potasium da var. Döş və uşaqlıq yolu xərçənginə qarşı təsirlidir.

 

Kərəviz

Tərkibində B vitamini, dəmir və əhəng var. Yaddaş pozulmasının qarşısını alır, sinir yorğunluğunu yox edir. Sidikqovucudur və böyrək daşı və qumların salınmasına kömək edir. Qara ciyəri təmizləyir.

 

Gül kələmi

Zehni yorğunluğu aradan qaldırır. Sinirləri gücləndirir. Sidikqovucudur.

 

Yunan qabağı

Toxumları da faydalıdır. Əzib şəkərlə qarışdırıb uşaqlara vermək olar. Qurd tökülməsinə kömək edir.

 

İspanaq

Ürək xəstəlikləri, iflic, yüksək qan təzyiqi, göz xəstəlikləri, xərçəng kimi problemlərə qarşı faydalıdır.

 

Yerkökü

Harvard universitetinin tədqiqatçılarının fikrinə əsasən, həftədə 5 dəfə yerkökü qəbul etmək ürək problemi və iflic riskini 68 faiz azaldır. Gündə iki yerkökü qəbul edən kişilərin qanındakı xolesterolun miqdarı 10 faiz azalır.

 

Pomidor

Xərçəngdən qoruyan, zehni və fiziki qocalmanı yavaşladan tərəvəzdir. C və E vitaminləri ilə zəngindir. Tərkibində potasium maddəsinin miqdarı da boldur.

 


Buğda

Lifli qidalar sağlam qidalanmanın təməlidir. Buğdanın qabıqlarından əldə edilən kəpək də faydalıdır. Kəpəkdən hazırlanan qidalar bağırsqlara faydalıdır. Qəbzlilik problemi olanlar üçün də məsləhət görülür.

 

Brokoli

Orqanizmi xərçəngə qarşı qoruyan və ömrü uzadan tərəvəzdir. Tərkibində bol miqdarda kalsium var. Vitamin deposu olan brokoli mineral və dəmir çatışmazlığının qarşısını alır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir