Xərçəngin riskini azaldan məhsulların arasında pomidor birinci yerləşdədir.
Araşdırmalar göstərib ki, onun tərkibində olan likopin maddəsi həqiqətən xərçəng və ürək-damar sistemi xəstəliklərinin inkişafından qoruya bilər.
Mujde.az saglamolun.az-a istinadən bildirir ki, pomidor həmçinin arıqlamağa da kömək edir. Bu məqsədlə diyetoloqlar arıqlamaq istəyən insanlara pomidordan hazırlanmış smuziləri tövisyə edir. Belə ki, tanınmış rusiyalı diyetoloq Marqarita Korolyova Komsomolskaya Pravda-ya müsahibədə çox faydalı smuzi reseptini təqdim edib.
3 orta ölçüdə “ətli” pomidor, 1 çimdik sarıkök götürülür. Pomidorun qabığı soyulur, blenderdən keçirilir, sarıkök əlavə olunur, qarışdırılır. Bu qarışığı hər gün yeməkdən 1 saat sonra içmək lazımdır.
Nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər zamanı pomidor şirəsini içmək olmaz. Bu xəstəliklər arasında: mədə xorası, xolesistit və pankreatit (öd kisəsi və mədə altı vəzi iltihabı), öd daşı və böyrək daşı xəstəliyi, böyrək və sidik kisəsinin iltihablar.